Javeriana Universitetinin kafedra müdiri ATU-nun qonağı olub  
17.04.2025 10:49

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli Kolumbiyanın Javeriana Universitetinin İnteqrativ Təbabət kafedrasının müdiri, t.e.d., professor Arturo O'Byrneni qəbul edib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli rəhbərlik etdiyi universitetin tarixindən, qurumun fəaliyyət istiqamətlərindən, təhsil səviyyəsinin inkişafı istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Qarşıda duran vəzifələrdən danışan rektor G.Gəraybəyli xarici ölkələrin elm mərkəzləri ilə yaradılan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb və bu baxımdan kolumbiyalı professorun səfərini yüksək qiymətləndirib.

 

Öz növbəsində professor Arturo O'Byrnen dəvət üçün təşəkkürünü bildirərək tibb sahəsindəki fəaliyyəti haqqında danışıb. O, indiyədək inteqrativ təbabət mövzusunda 800-dən çox kurs apardığını, bir çox beynəlxalq elmi assosiasiyaların üzvü olduğunu bildirib. Qonaq öz biliklərini ATU-nun tələbələri və gənc həkimlərlə bölüşmək imkanı qazandığından məmnun olduğunu bildirib.

 

Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva əcnəbi professorun iştirakı ilə ATU-da baş tutan seminarlar haqqında məlumatı bölüşüb.

 

Qeyd edək ki, professor Arturo O'Byrnen Azərbaycan Tibb Universitetində inteqrativ təbabətlə bağlı universitet əməkdaşları və tələbələr üçün silsilə mühazirələr oxuyub. Əczaçılıq fakültəsinin korpusunda keçirilən tədbirlərdə inteqrativ təbabətin təkamülü, əsrlər boyunca bu sistemin əsas prinsiplərinin dəyişməsi, bu sahədə ortaya qoyulan elmi yanaşmalar barədə məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır