17 iyun - Azərbaycanda tibb işçiləri günüdür - Peşə bayramının tarixi
17.06.2020 12:12
Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Günün hansı saatı müraciət etməyimizdən asılı olmayaraq həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - tibb işçilərinin peşə bayramıdır.
Aztibb.az xəbər verir ki, hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Həmin gün öz tarixini Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.
Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
Ölkəmizdə 640-dan artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Ötən ilin statistikasına görə, hazırda ölkəmizdə 31,9 min həkim, 52,9 min tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır.
Bu gün Azərbaycan səhiyyəsi dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizə aparır. Bir çox həkimlər virusun qurbanı olub, bəziləri xəstəxanalarda əhalinin sağlamlığının qorunması uğrunda əsl qəhrəmanlıq nümayiş etdirirlər.
Aztibb.az səhiyyə xəbər portalı tibb işçilərini peşə bayramı münasibətilə təbrik edir, bu çətin və şərəfli yolda onlara uğurlar arzu edir.
Bu bölməyə aid digər xəbərlər
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
Tibb təhsili üzrə tədris proqramlarının yenilənməsi müzakirə olunub
19.10.2026 | 09:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
18.10.2026 | 13:00
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

