İmplantların ömrü uzadılır - Tədqiqat
30.03.2025 22:08

Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin (RTEU) alimləri tibbi implantların zamanla effektivliyini itirməsi nəticəsində yaranan infeksiya riskinə daimi həll yolu tapıblar. İçəridəki boşluqdan səmərəli istifadə edərək implantların ömrünü uzadan dizayn qeydə alınıb.

 

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, RTEU akademik heyəti mövcud tibbi implantlar üzərində infeksiya və toksik təsir kimi problemləri aradan qaldırmaq üçün bir araşdırma həyata keçirib. Elm adamları laboratoriya mühitində 3 illik işin sonunda lazerlə açılan mikro kanallar sayəsində nəzarətli dərman buraxılmasını təmin edən və implantın dayanıqlığını artıran bir dizayn hazırlayıblar.

 

Bu çərçivədə tibbi implantın zamanla təsirini itirdiyi zaman meydana gələn infeksiya riskinə qarşı qalıcı bir həll tapılıb. İçəridəki boşluqdan səmərəli istifadə edərək implantların ömrünü uzadan “Antibakterial/Antimikrobiyal Dental İmplant Tərkibində Metal-Üzvi Çərçivə (MOF) Strukturu və İstehsal Metodu” adlı dizayn Türk Patent və Ticarət Nişanı İdarəsi tərəfindən qeydiyyata alınıb.

 

"İmplantlarda tez-tez rast gəlinən bir problem üçün yeni bir dizayn hazırladıq. Bu dizayna uyğun olaraq implantın içindəki boşluğu antibakterial saxlama yeri olaraq istifadə etdik. Hazırda üzərində işləyirik. Gələcəkdə bunu kütləvi istehsala keçirməyi hədəfləyirik."

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır