Avropa İttifaqı kritik dərmanların istehsalını artırmaq istəyir
13.03.2025 15:23
Avropa İttifaqı (Aİ) dərmanlarda tədarük çatışmazlığını aradan qaldırmaq və Avropada kritik dərmanların istehsalını təmin etmək üçün qanunvericilik hazırlayıb. Aİ Komissiyası, AB ölkələrində mühüm dərmanların əlçatanlığını artırmaq üçün hazırlanan Kritik Dərmanlar Qanunu təklifi ilə bağlı bəyanat yayımlayıb.
 
Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, açıqlamada təklifin dərmanlarda tədarük zəncirinin şaxələndirilməsi, Aİ-də dərman istehsalının artırılması və insan sağlamlığının qorunması məqsədi daşıdığı və qanunun Aİ-nin əczaçılıq sektoruna dəstək verəcəyi bildirilib.

Açıqlamada qanunun bazarlarda olmayan dərman vasitələrinə əlçatanlığı yaxşılaşdıracağı və qarşılıqlı fayda gətirəcəyi bildirilib. Bəyanatda qeyd edilir ki, məqsəd dərmanlardan xarici asılılığı azaltmaq və Aİ-ni xüsusilə az sayda tədarükçü, istehsalçı və ya ölkə tərəfindən tədarük edilən dərmanlar və aktiv maddələrdə daha dayanıqlı etməkdir.
 
Sənəddə AB ölkələrinin son illərdə ciddi dərman qıtlığı ilə üzləşdiyinə diqqət çəkilərək, COVID-19 pandemiyası və geosiyasi gərginlik kimi qlobal problemlərin Aİ-nin dərman təchizatı zəncirində əhəmiyyətli zəiflikləri ortaya çıxardığı vurğulanıb. Dərman çatışmazlığının xəstələrin həyatını riskə ata biləcəyi və səhiyyə sistemləri üzərində əhəmiyyətli bir yük yarada biləcəyi, dərman çatışmazlığının istehsal və təchizat zəncirindəki problemlər və ya qaynaqlar üçün qlobal rəqabət nəticəsində yarana biləcəyi bildirilir.
 
 
 
 
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza