Dünyada tibbi maarifləndirmə və uğurlu səhiyyə modelləri - Araşdırma
12.03.2025 10:21

Tibbi maarifləndirmə hər bir cəmiyyətin sağlamlığının qorunması və xəstəliklərin qarşısının alınması üçün fundamental bir prosesdir. Müasir dünyada səhiyyə sistemlərinin əsas vəzifələrindən biri yalnız müalicəvi tədbirlər görmək deyil, həm də insanları sağlam həyat tərzinə təşviq etmək, xəstəliklər barədə məlumatlandırmaq və erkən diaqnostika mədəniyyətini formalaşdırmaqdır. Bu məqsədlə hökumətlər, səhiyyə qurumları və beynəlxalq təşkilatlar müxtəlif maarifləndirmə proqramları həyata keçirirlər.

 

Aztibb.az tibbi maarifləndirmə və bu sahədə ən qabaqcıl ölkələrin fəaliyyətləri haqqında ətraflı araşdırmanı təqdim edir:

Dünyada səhiyyə sistemləri inkişaf səviyyəsinə görə fərqlənir. Bəzi ölkələr yüksək texnologiyalı xəstəxanalar, güclü səhiyyə infrastrukturu və elmi araşdırmalara əsaslanan səhiyyə sistemləri ilə seçilir. Bu ölkələrdə tibbi maarifləndirmə yalnız xəstəxanalarda deyil, məktəblərdə, ictimai yerlərdə, sosial media platformalarında və dövlət siyasətində əks olunmuş şəkildə həyata keçirilir.

Bu məqalədə tibbi maarifləndirmə proseslərinin dünyada necə aparıldığını, ən yüksək səviyyəli səhiyyə sisteminə malik ölkələrin bu istiqamətdə gördükləri işləri və onların uğur modellərini öyrənmək hər bir səhiyyə mütəxəssisi üçün maraqlıdır.

Tibbi maarifləndirmə insanların sağlamlıq haqqında biliklərini artırmaq, xəstəliklərin erkən aşkarlanmasını təşviq etmək və preventiv tədbirləri populyarlaşdırmaq məqsədi daşıyır.

Maarifləndirmənin əsas məqsədi xəstəliklərin qarşısının alınmasıdır ki, bu da insanlara sağlam qidalanma, fiziki aktivlik, gigiyena və peyvəndləmə kimi mövzularda məlumat vermək kimi vacib missiyanı əhatə edir.

 

Digər məqsəd erkən diaqnostikanın təşviqidir. Yəni insanları mütəmadi tibbi müayinələrə getməyə təşviq etmək.

 

Tibbi xidmətlərdən istifadəni artırmaq da bu məqsədə daxildir, insanların mövcud tibbi resurslar haqqında məlumatlılığını yüksəltmək.


Bundan əlavə sağlam həyat tərzinin populyarlaşdırılması məqsədi də vardır ki, siqaretin, alkoqolun və qeyri-sağlam qidalanmanın zərərləri haqqında maarifləndirmə aparmaq kimi vacib istiqamətləri əhatə edir.


Dünyada bu məqsədlərə nail olmaq üçün müxtəlif ölkələr fərqli strategiyalar həyata keçirir.


Dünyada səhiyyə sistemi inkişaf etmiş və tibbi maarifləndirməyə xüsusi önəm verən bir neçə ölkə var ki, onlar tibbi maarifləndirmə işini ən yaxşı quran ölkələrdir.

Gəlin bu ölkələrin tibbi maarifləndirmə metodları və uğur modellərinə nəzər salaq.

İsveçrə dünyada ən yüksək səhiyyə standartlarına malik ölkələrdən biridir. Burada dövlət tərəfindən dəstəklənən tibbi maarifləndirmə kampaniyaları – siqaret və spirtli içkilərin zərəri, ürək-damar xəstəliklərinin qarşısının alınması ilə bağlı proqramlar həyata keçirilir. Məktəblərdə şagirdlərə sağlam qidalanma, psixi sağlamlıq və fiziki aktivliyin əhəmiyyəti haqqında dərslər tədris olunur. Bu ölkədə rəqəmsal platformalar və mobil tətbiqlər vasitəsilə insanlar tibbi məlumatlara və sağlamlıq tövsiyələrinə asanlıqla çıxış əldə edə bilirlər.

Yaponiya isə dünyada ən uzunömürlü insanlara sahib ölkələrdən biridir. Bu, səhiyyə sisteminin keyfiyyəti ilə yanaşı, tibbi maarifləndirməyə xüsusi diqqət yetirilməsi ilə bağlıdır.

Bu ölkədə ictimai səhiyyə mərkəzləri hər bir şəhər və kənddə yerləşən səhiyyə mərkəzlərində mütəmadi olaraq sağlamlıq seminarları və yoxlamalar aparır. Yaponiyada insanlar kiçik yaşlarından sağlam qidalanma və idmana alışdırılır. İş yerlərində şirkətlər öz işçilərinə tibbi müayinələr və sağlamlıq təlimləri təklif edir.


Kanada da səhiyyə sahəsində qabaqcıl ölkələrdən biridir və burada maarifləndirmə dövlət və qeyri-hökumət təşkilatlarının sıx əməkdaşlığı ilə həyata keçirilir.

Ölkədə mütəmadi milli səhiyyə kampaniyaları – xərçəngin erkən aşkarlanması, şəkərli diabetin idarə olunması və psixi sağlamlıq mövzularında genişmiqyaslı proqramlar təşkil edilir. Televiziya, radio və sosial media platformaları vasitəsilə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Burada yerli əhali (aborigenlər) üçün xüsusi səhiyyə təlimləri və maarifləndirmə proqramları mövcuddur.


Qeyd edək ki, İsveç səhiyyə sistemində əsas diqqət xəstəliklərin müalicəsinə yox, onların qarşısının alınmasına yönəlir. Maarifləndirmə işləri sırasında uşaqlara erkən yaşlardan tibbi biliklərin aşılanması, hökumət tərəfindən maliyyələşdirilən sağlamlıq proqramları, hər kəs üçün əlçatan tibbi konsultasiya və təlimlər xüsusi yer alır.

Dünyanın inkişaf etmiş ölkələrində tibbi maarifləndirmə sadəcə bir təbliğat prosesi deyil, dövlət siyasətinin ayrılmaz bir hissəsidir. İsveç, İsveçrə, Yaponiya və Kanada kimi ölkələrdə maarifləndirmə məktəblərdən iş yerlərinə, televiziya kanallarından sosial media platformalarına qədər geniş bir sahəni əhatə edir. Bu ölkələrin təcrübəsi göstərir ki, səhiyyə sistemində uğur qazanmaq təkcə müasir tibbi texnologiyalardan istifadə etməklə deyil, həm də insanların sağlamlıq biliklərini artırmaqla mümkündür.

Tibbi maarifləndirmə yalnız fərdlərin deyil, bütün cəmiyyətin rifahına xidmət edən fundamental bir prosesdir. Buna görə də, hər bir ölkənin səhiyyə siyasətində bu məsələyə xüsusi önəm verilməlidir.

Müəllif: R.Kərimov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub