Azərbaycanda zoonoz xəstəliklərlə bağlı tədbir keçiriləcək
28.06.2024 11:27

2-4 iyul tarixlərində ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək.

 

Qida Təhlükəsizliyi Agentliyindən Aztibb.az-a bildirilib ki, beynəlxalq tədbirin məqsədi ÜHST və FAO-nun birgə tərtib etdiyi strategiya əsasında Regional Məsləhət Qrupunun texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.

 

Ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib və cari ilin 30 may tarixində təşkilatın müvafiq sertifikatı təqdim olunub. Qeyd olunan xəstəlik üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusu qazanmış ilk ölkə olmaqla respublikada aparılan işlər rəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.

 

Tədbir çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ simulyasiya məşqlərinin keçirilməsi nəzərdə tutulur. Assosiativ simulyasiya təlimlərinin keçirilməsi epizootik böhran vəziyyətlərinə ölkəmizin hazırlığının artırılması ilə yanaşı, əldə edilmiş təcrübənin region ölkələrinə çatdırılması məqsədini daşıyır. Simulyasiyanın konsepsiyasına uyğun olaraq tədbirin keçirilməsi üçün ilkin nəzəri müzakirələrin və planlaşdırmanın aparılması, şərti xəstə heyvandarlıq təsərrüfatında epizootoloji monitorinqin keçirilməsi və götürülmüş diaqnostik nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalarda analiz olunması daxildir. Səyyar laboratoriyalar İnstitut tərəfindən simulyasiya keçiriləcək ərazidə quraşdırılacaq. Ətraf təbiət sahələrində müşahidələrin aparılması üçün dron tipli videokameralardan istifadə ediləcək. Simulyasiya təlimlərində Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının nümayəndələri iştirak edəcək.

 

Qeyd edək ki, 2023-cü il 25-27 aprel tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi və FAO-nun Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının (EuFMD) birgə təşkilatçılığı ilə Bakı şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi” mövzusunda Regional görüş keçirilib və ölkəmiz 3 il müddətinə 14 ölkənin əhatə olunduğu Mərkəzi Asiya regionu üzrə dabaq xəstəliyinə dair məsləhət qrupunun sədri seçilib. WOAH və FAO-nun birgə tərtib etdiyi strategiyaya uyğun olaraq Regional Məsləhət Qrupunun texniki tapşırığına üzv ölkələrdə dabaq xəstəliyi üzrə epizootoloji vəziyyətin stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlər daxildir.

 

Xatırladaq ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.9-cu yarımbəndində  “Heyvan xəstəliklərindən azad zonaların yaradılması imkanlarının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması” və  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 5.2.32-ci yarımbəndində “Ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq heyvan xəstəliklərindən azad zonanın yaradılması” tədbirlərinin icrası istiqamətində Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisi tam, Laçın, Füzuli və Xocavənd rayonlarının əraziləri isə qismən əhatə olunmaqla “peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zona” yaradılması planlaşdırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub