Pediatr Fərəh Vahabova: “Uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edirəm”
10.06.2024 15:17

10 iyun - Ümumdünya Dondurma Günüdür.

 

Dondurma haqqında suallarımızı cavablandırmaq üçün Mərkəzi Gömrük Hospitalının pediatrı Fərəh Vahabovaya müraciət etdik.

 

- Fərəh xanım, dondurmanın faydaları haqqında nə deyə bilərsiz?

 

- Uşaqlar üçün dondurma, eləcə də süd məhsulları bütün orqanizmin normal inkişafı üçün zəruri olan qida mənbəyidir. Əsl südlü yüksək keyfiyyətli dondurmanın tərkibində sağlam yağlar, zülallar və minerallar var. Düzgün metabolizmin inkişafında mühüm rol oynayan elementlərlə zəngindir: natrium, kalium və çox ehtiyac duyulan kalsium, maqnezium, fosfor və dəmir. Həmçinin, sərin desertdə bütün vitaminlər kompleksi var: A, B, C, D, E, P. Yoqurt əlavələri isə laktobasillər sayəsində disbakteriozun qarşısını alır.

 

Dondurmanın faydalarından biri də ondan ibarətdir ki, o, sinir sistemini sakitləşdirir. Dondurma inqrediyentlərinin siyahısında orqanizmdə yaddaşı tənzimləyən hormon və yaxşı əhval-ruhiyyənin stimulyatoru olan serotoninin səviyyəsini tənzimləyən maddələr var. Serotonin stressin təsirini neytrallaşdırır. Ona görə də dondurma uşaqlıqdan ömürlük sevimli delikates olaraq qalır.

 

- Bəs hansı yaşda uşaqlara dondurma vermək olar?

 

- Həkimlərin azyaşlı uşaqların nə vaxtdan dondurma yeyə biləcəyi barədə mübahisələrinə baxmayaraq, gəlin realist olaq - valideynlərdən heç biri övladına belə bir ləzzəti dadızdırmaqdan vaz keçməyəcək.

 

Uşaqlarınıza dondurma vermək üçün onun 3 yaşının tamamını gözləməlisiniz. Çünki 3 yaşdan kiçik uşaqlarda mədə-bağırsaq traktının bəzi funksiyaları tam formalaşmır. Uşaqların həzm sistemi südü yaxşı idarə edir, lakin dondurmada kiçik uşaqların hazır ola bilməyəcəyi digər maddələr də var. Uşaqlara minimum miqdarda şəkər və yağ olan, konservantların və boyaların oladığı dondurma vermək məqsədəuyğundur.

 

Ən yaxşısı isə uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edərdim. Bunun üçün çoxlu dondurma reseptləri var. Ən yaxşısını seçin və istifadə olunan inqrediyentlərin keyfiyyətinə 100% əmin olduqda hazırlayın.

 

- Sağlamlığımıza zərər vermədən gündə nə qədər dondurma yeyə bilərik?

 

- Tərkibinə görə təbii dondurmanın sağlam məhsul olmasına baxmayaraq, ondan aşırı dərəcədə istifadə etmək düzgün deyil. Bu, çoxlu şəkər ehtiva edən şirin bir desertdir, üstəlik çox yüksək kalorilidir. Tövsiyə olunan miqdar gündə 100 q dondurmadır. Belə bir hissə artıq çəkiyə təsir etməyəcək və sağlamlığınıza zərər verməyəcəkdir. Lakin dondurmanı həftədə iki dəfədən artıq yemək məsləhət görülmür.

 

İsti havalarda dondurma yeməmək daha yaxşıdır. Belə ki, o, orqanizmi susuzlaşdırır, siz daim su içmək istəyirsiniz. Böyüklər dondurma seçərkən yüngül variantları, məsələn, giləmeyvə və meyvələrə əsaslanan dondurmalar seçsələr, daha yaxşıdır. Laktoza dözümsüzlüyü olan insanlar bağırsaq problemlərinə səbəb ola biləcəyi üçün dondurma yeməkdən tamamilə çəkinməlidirlər.

 

Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir