ATU əməkdaşları Q indeksli jurnallarda məqalə çapına görə mükafat alacaq  
07.06.2024 16:02

İstənilən ölkənin alim və tədqiqatçılarının mötəbər elmi platformalara çıxış əldə etməsi onların dünya elminə inteqrasiyasını sürətləndirir. Belə çıxış üsullarından biri də elmi tədqiqatların nüfuzlu beynəlxalq jurnallarda çap olunmasıdır.

 

Aztibb.az-a Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, universitet əməkdaşlarının elmi tədqiqatlarının “Scopus” və “Web of Sciences” indeksli ciddi nəşrlər tərəfindən çap olunmasına xüsusi diqqət verilir.

Məlumdur ki, belə məqalələrin hazırlanması və tərtibi ilə bağlı dəqiq standartlar var. “Scopus” və “Web of Science” bazasında ən əhəmiyyətli ölçülərdən biri olan Q (kvartil) göstəricisi məlumat bazalarında nəşrin müvafiq indeksləşdirmə kateqoriyası üzrə populyarlıq səviyyəsini göstərir. Bu indeks üzrə elmi nəşrlər təxminən 4 qrupa bölünür. ATU-nun Elmi Şurasının qəbul etdiyi qərar məhz bu göstərici üzrə jurnallarda məqalə çap edən əməkdaşların stimullaşdırılmasına yönəlib.

 

ATU-nun rektoru professor Gəray Gəraybəylinin sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında məqaləsini Q indeksli nüfuzlu beynəlxalq jurnallarda çap etdirən əməkdaşların mükafatlandırılmasına dair qərar qəbul edilib.

 

Qərara əsasən, Q1 indeksli jurnallarda məqalələrin çapına görə - 3000 manat; Q2 indeksi üçün - 2000 manat; Q3 indeksi üçün - 1000 manat və Q4 indeksli jurnallarda məqalə dərc etdirən müəllifə 500 manat məbləğində mükafat veriləcək.

 

Qəbul edilən mükafalandırma sistemi ATU-nun professor-müəllim heyəti arasında beynəlxalq standartlara uyğun orijinal elmi əsərlərin sayının artmasına, onların elmi fəaliyyətinin inkişafına müsbət təsir göstərəcək. Bu, həmçinin ATU-da aparılan tədqiqatların nəticələrinin daha geniş elmi dairələrə yayılmasına, universitet əməkdaşlarının akademik məhsuldarlıq səviyyəsinin dünya miqyasında dəyərləndirilməsinə imkan yaradacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Yüksək hərarət və tənəffüs yolu infeksiyası əlamətləri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağlamlığına qovuşub
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları