Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş sağlamlıq günləri təşkil ediləcək
28.05.2024 09:46

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş sağlamlıq günləri təşkil ediləcək.

 

Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

30-31 may, 1 iyun 2024-cü il tarixlərində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında reallaşacaq “Uşaq sağlamlığı günləri” layihəsi çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstəriləcək, Bərdə-Yevlax tibbi ərazi bölməsində yerləşən tibb müəssisələrinin həkim heyətinə sözügedən istiqamətdə seminarlar təşkil olunacaq, həmçinin vətəndaşların maariflənməsi üçün müxtəlif tədbirlər həyata keçiriləcək.

 

"Uşaq sağlamlığı günləri" Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonunun vətəndaşları üçün nəzərdə tutulub.

 

Tibbi müayinələrdən yararlanmaq üçün müvafiq rayon xəstəxanasının Qeydiyyat bölməsinə yaxınlaşaraq qeydiyyatdan keçmək mütləqdir!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub