Tibb elmləri doktorundan ÇAĞIRIŞ: “Qaydalara əməl olunmazsa, karantin daha da sərtləşdirilə bilər”
07.11.2020 13:38

Dünya ölkələrində COVID-19 pandemiyasının geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Artıq bir çox ölkələr xüsusi karantin rejimləri tətbiq edir, qaydaları sərtləşdirirlər. Azərbaycan dövləti koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu gün yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Amma görünən odur ki, virus artmaqda davam edir. Buna görə də, ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. İnfeksiyanın geniş yayıldığı Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır.

 

Aztibb.az xəbər verir ki, Operativ Qərargahın tətbiq etdiyi yeni qaydaları şərh edən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, infeksiyanın yayılma sürəti yeni qaydaların tətbiq edilməsi zərurətini meydana çıxarır:

 

“Hazırda dünyada pandemiyanın geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Virusun artma təhlükəsi ehtimal olunduğundan hələ yay aylarında tətbiq edilən qaydalara insanların ciddi riayət etməsinin zəruriliyi ilə bağlı xəbərdarlıq edilmişdi. Hazırda bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da virusa yoluxanların sayı durmadan artır, sanitar-epidemoloji vəziyyət çətinləşir. Buna görə də, infeksiyanın yayılma sürəti yeni qaydaların tətbiq edilməsinə gətirib çıxarır. Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 6-da verdiyi qərarlar məqsədəuyğundur. Hesab edirəm ki, hətta ölkə üzrə sərt karantin rejiminin tətbiq edilməsinə zərurət yaranıb. Fikrimcə, ən azı 2-3 həftəlik bütün ölkə üzrə sərt karantin rejimi tətbiq etmək lazımdır. Şəhər və rayonlararası, eyni zamanda kəndlərarası gəliş-gediş məhdudlaşdırılmalı, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalı, kafe və restoranlar, digər iaşə obyektləri bağlanmalıdır. Həmçinin ölkə üzrə artıq distant təhsilə keçirilməsi, yeni qaydaların tətbiq edilməsi və tətbiq edilən qaydalara bütünlüklə riayət olunması virusun yayılma sürətinin azalmasına ciddi təsir edəcək”.

 

Tibb elmləri doktoru deyib ki, hələ virusun yayıldığı ilk vaxtlardan sonra tətbiq edilən karantin qaydaları ilə bağlı təcrübələr COVID-19-la mübarizədə yeni imkanlar yaradıb:

 

“Hələ virusun yayıldığı ilk vaxtlarda dünyada və eləcə də müəyyən formada ölkəmizdə tətbiq edilən sərt karantin qaydalarından sonra virusa qarşı daha effektli mübarizə üsulu bizlərə aydın olub. Hazırda dünya ölkələrində mərhələli şəkildə sərt karantin rejimləri tətbiq edilir. Əgər bu rejimlər çərçivəsində Azərbaycanda deyilənlərə əməl olunmazsa virusa yoluxanlarla yanaşı, ölüm saylarında da kəskin artım olacaq. Buna görə də, virusdan qorunmaq üçün yalnız tətbiq edilən qaydalara riayət etməklə yanaşı, zərurət olmadan evdən çıxmaq, yaşayış yerini tərk olmaz. Gündəlik insanlarla ünsiyyəti və qapalı şəraitdə görüşlərin sayını minimuma endirmək lazımdır. İstər qapalı şəraitdə, istərsə də açıq havada mütləq formada maska taxılmalı, məsafə saxlanılmalıdır. Bütün bunlarla bərabər, vətəndaşlarımız hazırda cəbhədə davam edən döyüşləri nəzərə almalıdırlar. Çünki biz özümüzü və ailəmizi virusdan qorumaq üçün tətbiq edilən qaydalara riayət etdikcə, həm də cəbhədə döyüşən əsgər və zabitlərimizi düşünmüş oluruq. Biz əgər qaydalara riayət etməyib virusun yayılmasına imkan yaratsaq, o zaman hərbçilərimizin də sağlamlıqlarını təhlükə altına atmış oluruq”.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib