Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb
24.04.2024 10:23
Ölkəmizdə tibbi işçiləri arasında aparılan COVID-19 və qrip əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat başa çatıb. Bu genişmiqyaslı araşdırma Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən TƏBİB-lə əməkdaşlıqla həyata keçirilib.
İSİM-dən Aztibb.az-a bildirilib ki, ÜST-nin Avropa Bürosunun təşəbbüsü ilə 2021-ci ilin may ayında bir neçə Avropa ölkəsində, o cümlədən ölkəmizdə eyni vaxtda başlanılan tədqiqat 7 tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında, 1500 tibb işçisinin iştirakı ilə aparılıb. Tədqiqat çərçivəsində iştirakçılar yeni növ koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçirilib, qan nümunələri toplanılıb, ümumi vəziyyətləri barədə məlumatlar araşdırılıb.
Bütün respondentlərlə hər həftə viral xəstəliklərin, o cümlədən COVID-19-un simptomları üzrə sorğu aparılıb, ildə 2 dəfə olmaqla qanda virusa qarşı anti-cismlərin səviyyəsi və mövcudluğu yoxlanılıb. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında COVID-19, qrip və respirator sinsitial virus infeksiyalarına yoluxma hallarında virusun ştammının təsdiqi üçün PZR testi aparılıb. Elektron sorğular platforması vasitəsilə hər ay aparılan sorğulara cavablar anonim şəkildə məlumat bazasına toplanıb və kvartalda bir dəfə təhlil edilib. Eyni zamanda, məlumatlar davamlı olaraq toplanaraq həftədə bir dəfə tədqiqatın nəticələrinə dair hesabat hazırlanıb və ÜST və Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) ekspertləri ilə hər həftə müzakirə olunub.
Aylıq və kvartallıq məlumatlar əsasında ildə 2 dəfə vaksinasiyanın müxtəlif tibb işçiləri qruplarında (yaş, cins, əmək şəraiti, digər risk faktorları, yanaşı xəstəliklər və s.) müxtəlif busterlərinin effektivliyi təhlil edilib. Nəticələr Səhiyyə Nazirliyi rəhbərliyinə təqdim olunub və ölkəmizdə pandemiyaya qarşı həyata keçirilən tədbirlərə öz töhfəsini verib.
Tədqiqatın davam etdiyi 3 il müddətində 6000 qan nümunəsi götürülüb, respondentlərlə 200 mindən çox müsahibə aparılıb, 100 onlayn görüş və 30-dan çox monitorinq ziyarəti olub, məlumat bazasına 700 min məlumat vahidi daxil edilib.
Tibb elmi və ictimai səhiyyə üçün böyük əhəmiyyət daşıyan bu tədqiqatın Azərbaycanda keçirilməsi ölkəmizin elmi tədqiqat potensialının daha da genişləndirilməsinə, xüsusən infeksion xəstəliklərə dair biliklərin artırılmasına imkan yaradıb. Araşdırma nəticələri, infeksiyalara qarşı vaksinlərin effektlivliyi səviyyəsinin, təkrar yoluxmaların və dayanıqlı immunitet dərəcəsinin müəyyən edilməsi, gələcək mümkün epidemiyalar üçün effektiv vaksinasiya proqramlarının qurulmasında mövcud təcrübədən bəhrələnməsi kimi aktual məsələlərə dair 4 elmi məqalə beynəlxalq aparıcı elmi tibbi jurnallarda dərc edilib. Layihə çərçivəsində infeksion xəstəliklər üzrə xarici mütəxəssislərin iştirakı ilə iki konfrans və tədqiqatçılar üçün elmi tədqiqat metodlarının dərindən öyrənilməsi üzrə təlimlər keçirilib.
Qeyd edək ki, tədqiqatın birinci ili ÜST tərəfindən, 2 ili isə Task Force for Global Health (ABŞ, qeyri-kommersiya təşkilatı) tərəfindən dəstəklənib.
Bu bölməyə aid digər xəbərlər
Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
24.08.2026 | 11:48
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
24.08.2026 | 08:47
Səhiyyə Nazirliyi: Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir
22.08.2026 | 15:34
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır
20.08.2026 | 14:52
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
19.08.2026 | 14:42
Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını ziyarət ediblər
19.08.2026 | 12:45
Sosial media platformalarında paylaşılan məlumatlar gələcək analarda əsassız qorxuların formalaşmasına səbəb olur
18.08.2026 | 12:35
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
18.08.2026 | 10:31
Buludlu havada da günəş kremindən istifadə etmək lazımdır
17.08.2026 | 19:38
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
24.08.2026 | 22:35
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
21.08.2026 | 08:20
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
18.08.2026 | 13:12
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
19.08.2026 | 16:17
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
17.08.2026 | 09:05
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
18.08.2026 | 16:18
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
16.08.2026 | 14:27
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
17.08.2026 | 19:26

