Mərkəzi Gömrük Hospitalında ABBOT şirkətinin nümayəndələri ilə onlayn görüş olub
20.04.2024 10:14
Mərkəzi Gömrük Hospitalında ABBOT şirkətinin xaricdə və ölkəmizdə fəaliyyət göstərən nümayəndələri ilə HPV skrininqi mövzusunda ZOOM platforması üzərindən onlayn görüşü keçirilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Laboratoriya şöbəsinin rəisi, həkim-laborant Səbinə İbrahimova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Marketinq və Planlama şöbəsinin PR mütəxəssisi Dilarə Zamanova iştirak ediblər.
Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.
Bildirilib ki, görüşdə ABBOT şirkətinin nümayəndəsi Anna Mozkoniak insan papılıma virus infeksiyası (HPV) ilə bağlı layihə barədə danışıb. O, qeyd edib ki, dünyada ən çox yayılmış infeksiyalardan biri olan HPV yüksək yoluxuculuq və onkogen potensialına malikdir. Anna Mozkoniak insan papiloma virus infeksiyası ilə bağlı tədqiqatların keçirilməsinin əsas məqsədinin Azərbaycanda Abbott m2000 RealTime avadanlığın tətbiqi və müasir ədəbiyyatda təqdim olunan məlumatların təhlil edilməsi olduğunu bildirib.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov qeyd edib ki, Azərbaycanda HPV-nin diaqnostikası üçün standart test və reagentlər ilə təchizi, eləcə də Real-Time PZR üçün xarici keyfiyyət nəzarət sxeminin təsis edilməsi prosedurunun aparılması çox əhəmiyyətlidir. Belə ki, gələcəkdə Mərkəzi Gömrük Hospitalında tədqiqatın aparılması üçün layihəyə 2000 qadının cəlb olunması nəzərdə tutulub.
Həmçinin, Françesko Marikukko qeyd edib ki, tədqiqatlar üçün servikal kanalından və uşaqlıq boynunun epitelindən nümunələrin götürülməsi nəzərdə tutulub. Toplanan nümunələrə əsasən 12 yüksək onkogen tipdə insan papilloma virusunun olması və ya yoxluğu molekulyar-genetik üsulu ilə müəyyən ediləcək, tədqiqata daxil olan pasiyentlərin virus yükü qiymətləndiriləcək, eləcədə də alınan laborator statistik məlumatlar nəticəsində yüksək riskli HPV növlərinin yaşa, regiona və cinsə görə təhlili aparılacaq.
Bu bölməyə aid digər xəbərlər
Elmi-Tədqiqat Pediatriya İnstitutuna ağır vəziyyətdə daxil olan iki azyaşlıya peşəkar tibbi yardım göstərilib
19.05.2026 | 17:04
80-dən çox hərbiçiyə təmənnasız stomatoloji müalicə proseduru və tibbi yardım göstərilib
19.05.2026 | 14:23
Bu il əlilliyi olan 5700 şəxsə 271 min reabilitasiya vasitəsi verilib
19.05.2026 | 13:08
Azərbaycanın zəngin xalq təbabəti təcrübəsini dünyada tanıtmaq məqsədilə tədqiqatlar aparılır
19.05.2026 | 12:13
AQTİ-nin səyyar laboratoriyası WUF13-də: Dəqiq və operativ nəzarət
19.05.2026 | 12:00
Tədris Cərrahiyyə Klinikasında yüksək riskli xəstə üzərində uğurlu radikal sistektomiya əməliyyatı icra olunub
19.05.2026 | 11:54
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
19.05.2026 | 11:23
Ümumdünya Şəhərsalma Forumu dünyanın ən nüfuzlu platformalarından biri hesab olunur
19.05.2026 | 10:47
Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib
18.05.2026 | 16:37
ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu ürək əməliyyatı
18.05.2026 | 15:29
ÇOX OXUNANLAR
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
12.05.2026 | 14:15
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
14.05.2026 | 15:17
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
12.05.2026 | 15:18
Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib
15.05.2026 | 16:18
“Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib
13.05.2026 | 15:27
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
13.05.2026 | 09:34
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
12.05.2026 | 16:26
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
11.05.2026 | 08:39
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
19.05.2026 | 11:23
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu
14.05.2026 | 16:32
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
11.05.2026 | 07:26
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
11.05.2026 | 07:39
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
14.05.2026 | 10:09
Səhiyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb
14.05.2026 | 11:16
Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib
14.05.2026 | 12:28

