Qalıq xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır - ARAŞDIRMA
31.05.2026 09:16

Alimlər qanda ümumi xolesterinin üçdəbirinə qədər hissəsini təşkil edə bilən və ürək-damar sistemi üçün ciddi risk yaradan yeni xolesterin növünü,  qalıq (rezidual) xolesterini aşkar ediblər.

 

Aztibb.az bu barədə "BBC Science Focus" nəşrinin məlumat yaydığını xəbər verir.

Ekspert Borge Nordestqard bildirib ki, qalıq xolesterin adi xolesterin hissəciklərindən xeyli böyük daşıyıcı hissəciklər vasitəsilə daşınır. Bu hissəciklər ölçü baxımından təxminən 50 dəfə daha genişdir və 40 dəfə daha çox xolesterin ehtiva edir.

Triqliseridlər istifadə edildikdən sonra xolesterinlə zəngin qalan bu hissəciklər damar divarlarına daha asan nüfuz edir. Nəticədə aterosklerozun və ürək-damar xəstəliklərinin inkişaf riski artır.

113 min nəfərin iştirakı ilə aparılan araşdırma göstərib ki, qalıq xolesterinin yüksək səviyyəsi ürək və damar xəstəliklərindən ölüm riskini təxminən iki dəfə artırır. Hətta "pis xolesterin" kimi tanınan LDL (Aşağı Sıxlıqlı Lipoprotein) səviyyəsi normal olduqda belə, yüksək qalıq xolesterin insult riskini 15 faiz yüksəldə bilər.

Mütəxəssislər qeyd edirlər ki, geniş istifadə olunan statin preparatları bu hissəciklərin səviyyəsini cəmi 10 faiz azalda bilir. Bu da qalıq xolesterinin ürək-damar risklərinin qiymətləndirilməsində ayrıca əhəmiyyət daşıdığını göstərir.

Alimlərin fikrincə, qalıq xolesterinin yüksəlməsinə aşağıdakı amillər təsir edir:

qeyri-sağlam qidalanma;
artıq çəki və piylənmə;
genetik meyillilik;
triqliseridlərin yüksək səviyyəsi.

Bu göstərici laborator analizlərdə adətən ayrıca ölçülmədiyi üçün həkimlər triqliseridlərin səviyyəsinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Qanda triqliseridlərin 500 mq/dl-dən yuxarı olması təhlükəli hesab olunur və əlavə müayinə tələb edir.

Bununla bağlı Alina Gavrilova qeyd edib ki, ghi yağı (əridilmiş kərə yağı) adi kərə yağı kimi doymuş yağlarla zəngindir və yüksək temperaturda oksidləşə bilər. Onun sözlərinə görə, rasionda doymuş yağların həddindən artıq olması qanda aterogen, yəni damarların tutulmasına səbəb olan – hissəciklərin sayını artırır.

Mütəxəssislər vurğulayırlar ki, ürək-damar xəstəliklərinin profilaktikası üçün yalnız LDL xolesterinin deyil, həm də triqliseridlərin və qalıq xolesterinin səviyyəsinin nəzarətdə saxlanılması vacibdir. Sağlam qidalanma, normal bədən çəkisinin qorunması və müntəzəm fiziki aktivlik bu risklərin azaldılmasında mühüm rol oynayır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır