ATU-nun nümayəndə heyəti İtaliyada beynəlxalq kursda iştirak edib
30.05.2026 08:47

Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının nümayəndələri — professor Aytən Məmmədbəyli, həkimlər Mədinə Tağıyeva və Ülkər Mürsəlova İtaliyanın Ferrara şəhərində keçirilən “EPNS Ferrara Course 2026 – Neonatal Neurology and Genetics in Pediatric Neurology” adlı beynəlxalq elmi kursda iştirak ediblər.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, Avropa Uşaq Nevroloqları Cəmiyyətinin (EPNS) təşkilatçılığı ilə keçirilən kurs çərçivəsində əməkdaşlarımız neonatal və pediatrik nevrologiyanın aktual problemləri, genetik nevrologiya sahəsində müasir diaqnostik və terapevtik yanaşmalar, eləcə də multidissiplinar klinik idarəetmə prinsipləri üzrə elmi sessiyalara qatılıblar.

 

Tədbir zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən klinik hallar təqdim olunub, beynəlxalq ekspertlərlə müzakirələr aparılıb və elmi-təcrübi əməkdaşlıq imkanları dəyərləndirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır