Uşaq üzərində çətin rekonstruktiv əməliyyat: Uzun illərin problemi aradan qaldırıldı
30.05.2026 10:27

Tədris Cərrahiyyyə Klinikasında altı il əvvəl uğursuz sünnət əməliyyatı nəticəsində cinsiyyət üzvünün baş hissəsini itirən uşaq üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub.

 

Klinikadan Aztibb.az-a verilən xəbərə görə, əməliyyatı klinikanın uşaq cərrahı, dosent Vüqar Məhəmmədov həyata keçirib.

 

Azərbaycan Tibb Universitetinin (ATU) uşaq cərrahlığı kafedrasının dosenti V. Məhəmmədovun sözlərinə görə, uşaq uzun illər sidik ifrazında ağrı və çətinlikdən əziyyət çəkib. Daha əvvəl aparılan cərrahi müdaxilə isə nəticəsiz qalıb. Müayinələr zamanı cinsiyyət üzvünün baş hissəsinin tam olmadığı müəyyən edilib və rekonstruktiv əməliyyata qərar verilib.

 

Əməliyyat zamanı uşağın dodağının selikli qişasından götürülən toxuma cinsiyyət üzvünün kavernoz cisimləri üzərinə köçürülüb. Həkim bildirib ki, məhz selikli qişanın elastikliyi, yüksək uyğunlaşma qabiliyyəti və kosmetik baxımdan daha təbii nəticə verməsi bu üsulun seçilməsinə səbəb olub.

 

Hazırda uşağın sidik ifrazının tam normal olduğu, cinsiyyət üzvündə əyriliyin müşahidə edilmədiyi və gələcəkdə funksional problem gözlənilmədiyi qeyd olunub. Həkim əlavə edib ki, bu tip əməliyyatlarda qreftin “tutmaması” kimi risklər mövcud olsa da, əməliyyat uğurla nəticələnib və əlavə fəsad qeydə alınmayıb.

 

Vüqar Məhəmmədovun sözlərinə görə, son illərdə bu tip uroloji rekonstruksiyalarda dəri əvəzinə daha çox dodaq və yanağın selikli qişasından istifadə olunur. Bunun əsas səbəbi dəridə tük follikullarının gələcəkdə sidik ifrazı ilə bağlı problemlər yaratma ehtimalıdır.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər