ATU əməkdaşlarının hepatobiliar və minimal invaziv cərrahiyyə sahəsində hazırladığı yeni ixtira Avrasiya patenti alıb
29.05.2026 12:44

Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşları tərəfindən hepatobiliar və minimal invaziv cərrahiyyə sahəsində hazırlanmış innovativ üsul Avrasiya patenti əldə edib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, patent Avrasiya Patent Təşkilatı tərəfindən “Kəskin iltihab şəraitində subseroz laparoskopik xolesistektomiya üsülu” adlı ixtiraya verilib.

 

İxtira ağır iltihabi proseslər və mürəkkəb anatomik dəyişikliklər fonunda laparoskopik xolesistektomiya zamanı əməliyyatın təhlükəsizliyinin artırılmasına yönəlib.

 

Təklif olunan üsul klinik praktikada uğurla tətbiq olunub və mürəkkəb hallarda yüksək effektivlik nümayiş etdirib. Metodun tətbiqi əməliyyatın təhlükəsizliyinin artırılması, disseksiyanın daha kontrollu aparılması, əməliyyatdaxili ağırlaşmaların azalması və əməliyyatdan sonrakı dövrün daha stabil keçməsi ilə müşayiət olunub.

 

Patent sahibi Azərbaycan Tibb Universiteti, ixtiranın müəllifləri isə t.e.d., professor Nuru Bayramov, t.ü.f.d. Azər Hümmmətov, t.ü.f.d., dosent Elnur Qasımov, t.ü.f.d.Aygün İbrahimova, t.e.d. Elman Əzimovdur.

 

Qeyd edək ki, Avrasiya patenti ixtiranın bir sıra ölkələrdə hüquqi qorunmasını təmin etməklə yanaşı, onun beynəlxalq elmi və praktik əhəmiyyətini də təsdiqləyir. Bu nailiyyət Azərbaycan Tibb Universitetində aparılan elmi-tədqiqat işlərinin və innovativ cərrahi yanaşmaların beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır