Populyar arıqlama dərmanının qeyri-adi yan təsiri var – “Ozempikin uşaqları"
04.04.2024 09:22

Arıqlamaq üçün Ozempik qəbul edən qadınlar dərmanın qeyri-adi yan təsirini yaşayıblar - onlar qəfildən hamilə qalıblar. Bu, uzun müddət doğuşa nəzarət həbləri qəbul edən qadınlar arasında xüsusilə təəccüblü idi. Amma ən təəccüblüsü odur ki, hamiləlik problemi diaqnozu qoyulmuş qadınlar da uşaq gözləyiblər.

Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, bu fenomenə artıq bir ad verilib - "Ozempikin uşaqları".

Ozempik 2 tip şəkərli diabetin müalicəsi üçün hazırlanmış bir dərmandır. Onun əsas aktiv maddəsi olan semaqlutid iştahsızlığa səbəb olur və aclıq hissini kütləşdirir. Dərman satışa çıxan kimi məşhurlar və bloggerlər həkim resepti olmadan arıqlamaq üçün ondan istifadə etməyə başlayıblar.

Onların pərəstişkarları bu tendensiyanı izləyiblər və indi minlərlə insan həkimlərin depressiyanın mümkün inkişafı, mədə-bağırsaq problemləri və hətta nəzarətsiz dərman istifadəsi səbəbindən xərçəngin başlanğıcı ilə bağlı kütləvi xəbərdarlıqlarına məhəl qoymadan Ozempiklə arıqlamağa davam edir.

“Böyük sürpriz oldu”

Özempikin qəfil yan təsiri Qərb sosial şəbəkələrində ən böyük səs-küyə səbəb oldu. TikTok-da bir çox blogger dərman sayəsində necə arıqladıqlarına dair hekayələrini paylaşmağa başladılar və zaman keçdikcə birdən hamilə olduqlarını aşkar etdilər.

Bu “qurbanlardan” biri “USA Today”ə öz hekayəsini danışan 32 yaşlı Deb Olivaradır. Uşağın itirilməsi ilə başa çatan ilk hamiləliyindən sonra qadında fertillik problemi aşkarlanıb. Deb yenidən hamilə qala bilməyəcəyini düşünüb, ona görə də kontrasepsiyadan istifadə etməyib. Ancaq Ozempiklə cəmi iki aydan sonra hamilə olduğunu bilib.

“Bu, böyük sürpriz idi. Uşağımı itirdikdən sonra ilk dəfə hamilə qala bildim”,- D.Olivar bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub