Yardımlı RMX-nın direktoru “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib
21.03.2024 13:26

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir qrup şəxs “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Həmin siyahıda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yardımlı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Rasim Əkbərov da yer alıb.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, bununla əlaqədar olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub.

 

Rayon rəhbəri təltif olunanları təbrik edərək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.

 

Daha sonra Ayaz Əsgərov tərəfindən medallar sahiblərinə təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev