Koronavirusa yoluxan hamilə qadınlarla bağlı RİSKLƏR - MÜSAHİBƏ
03.11.2020 22:38

Azərbaycanda son günlər koronavirus infeksiyasına (COVID-19) yoluxma, sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir və yoluxanların sayında artım müşahidə edilir.

 

Koronavirusa yoluxanlar arasında hamilələr də var və onlar COVID-19-la bağlı risk qrupuna aid edilir.

 

Aztibb.az lent.az-ın mövzu ilə əlaqədar mama-ginekoloq Nərmin Məmmədzamanlı ilə müsahibəsini təqdim edir:

 

Nərmin xanım, koronavirusa yoluxan hamilə qadının bətnindəki körpəyə virus keçə bilərmi?

 

Hazırda virusun hamiləlik dövründə anadan uşağa keçib-keçməməsi ilə bağlı dəqiq heç bir məlumat yoxdur. Çünki virus yeni olduğu üçün bununla bağlı araşdırmalar başa çatdırılmayıb. Bizim yanaşmamız isə adi qrip infeksiyasında olduğu kimidir.

 

Bildiyiniz kimi, hamilələr də infeksiyanın risk qrupuna aid edilib. Bətndəki körpə üçün koronavirus nə zaman riskə çevrilə bilər?

 

Pasientlərim arasında koronavirusa yoluxan şəxslər olub. Onlar hamiləliyin müxtəlif dövrlərində infeksiyaya yoluxub və sağalıblar. Hazırda onların hamiləliyi adi qaydada davam edir və ultrasəs müayinələrində hər hansısa bir problem müşahidə edilməyib.

 

Qeyd edim ki, dünya praktikasında koronavirusa yoluxub sağalan şəxslərin dünyaya gətirdiyi körpələrdə heç bir problem görülməyib və onlar sağlam olublar. Ancaq xüsusi vurğulamaq lazımdır ki, burada əsas hamilə qadının xəstəliyi necə keçirməsidir. Çünki ananın infeksiyanın ağır və ya yüngül formasını keçirməsi vəziyyəti dəyişə bilər. Bundan çox şey aslıdır.

 

Bətndəki körpə üçün koronavirus isə 12 həftəyə qədər riskə çevrilə bilər. Tək koronavirus infeksiyası yox, digər respirator viruslar, qrip də hamiləliyin sözügedən dövrü üçün risk hesab olunur. Çünki 12 həftəyə qədər dölün orqanları formalaşır və istənilən xəstəlik ona kənar təsir göstərə bilər. Belə bir hal yaşanarsa, hamilə daimi nəzarətdə saxlanılır. Ultrasəs müayinələr davamlı aparılır və döl normal olursa, hamiləlik saxlanılır. Əks halda isə abort üçün göstəriş verilir.

 

Koronavirusla əlaqədar olaraq hamilələr xəstəxanalarda necə qorunur? Onlardan analiz tələb edilirmi?

 

Doğuş paketinə artıq koronavirus analizi daxil edilib. Doğuş və ya qeysəriyyə üçün müraciət edən anaların özləri ilə əlavə nələrsə gətirmələrinə ehtiyac yoxdur. Onlar daimi nəzarətdə saxlanılır, yanlarına başqa şəxslər buraxılmır və gigiyenik qaydalara maksimum diqqət edilir.

 

İnfeksiyaya yoluxan anaları maraqlandıran əsas məqamlardan biri də əmizdirmə prosesidir. Virusa yoluxan ana təhlükəsiz olaraq övladını əmizdirə bilərmi?

 

Qrip hallarında olduğu kimi koronavirus infeksiyasına yoluxan zaman əmizdirmə prosesi təhlükəsiz və mümkündür. Burada əsas şərt ananın temperaturunun 38.5-dən yüksək olmamasıdır.

 

Hamiləlik planlayan şəxslərə, eləcə də hamilələrə hansı məsləhətləri verə bilərsiniz?

 

Hamiləlik planlama zamanı indiki problemlər nəzərə alınmalı və mütləq immunitet güclənməlidir. Tövsiyəm bundan ibarətdir ki, həmin şəxslər əvvəlcədən kompleks vitaminlər qəbul etsinlər.

 

Nəzərə alınmalıdır ki, hamiləlik dövründə qadının immun sistemi zəifləyir və müxtəlif infeksiyalara açıq, həssas olur. Ona görə də həkimin məsləhətlərinə qulaq asmaq vacib və mütləqdir. Bununla yanaşı əhval-ruhiyyə də yüksək tutulmalıdır. Çünki stres birbaşa immuniteti aşağı salan faktorlardan biridir.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib