İdman yarışlarının qalibi olan tələbələr mükafatlandırılıb  
06.03.2024 12:09

Ali təhsil müəssisələri arasında keçirilmiş idman yarışlarının qalibi olan Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Gənclər və idman sektorunun əməkdaşları və tələbələr iştirak ediblər.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Tədbiri giriş sözü ilə açan ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunmuş 8-ci idman yarışının Bakı Şəhər Gənclər və İdman İdarəsi və Nəsimi rayon Gənclər və idman sektorunun birgə təşkilatçılığı keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, futzal, badminton və stolüstü tennis yarışları təşkil olunub. Futzal yarışlarında 112 tələbə iştirak edirdi. 2 həftə davam edən yarışlarda Azərbaycan Tibb Universitetinin tələbələri qalib olublar.

 

Bundan başqa, ali təhsil müəssisələri arasında Universiada keçirilib. Martın 1-4-də keçirilən yarışlarda tələbələrimiz şahmat üzrə yalnız İdman Akademiyasının tələbələrinə məğlub olaraq 2-ci yeri tutublar.

 

Nəsimi rayon Gənclər və idman sektorunun müdiri Yusif Babanlı çıxışında bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra idman sahəsinə diqqət və qayğı artdı. 2005-ci ildən etibarən isə martın 5-i cənab Prezident İlham Əliyevin sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur”. Ölkəmizdə keçirilən  beynəlxalq səviyyəli yarışlar, müxtəlif idman növləri üzrə gənclərimizin əldə etdiyi nailiyyətlərdən söhbət açan Y.Babanlı, ATU-nun qalib tələbələrini təbrik edib.

 

Nəsimi rayon İH başçısının 1-ci müavini Gülarə Verdiyeva universitetimizin tələbələrinin idman sahəsindəki uğurlarının təsadüfi olmadığını, ATU-da bunun üçün hər cür şərait yaradıldığını deyib: “Azərbaycan Tibb Universitetinin gözəl bir ənənəsi var. Hər il martın 5-i ərəfəsində müxtəlif idman yarışları keçirilir. Bu il də yüksək səviyyədə təşkil olunmuş yarışların fərdi və komanda qaliblərini təbrik etməkdən məmnunam. Azərbaycan gəncliyinin sağlam olması və ardıcıl inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.

 

Tədbirin sonunda ATU-nun prorektoru Tağı Əhmədov, o cümlədən Yusif Babanlı və Gülarə Verdiyeva qaliblərə mükafatları təqdim ediblər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır