Yalnız bu hallarda uşaqlara peyvənd vurmaq olmaz - Pediatr Arzu İsmayılova ilə MÜSAHİBƏ  
03.11.2020 08:16

Uşaq peyvənddən öncə mütləq pediatr, nevropatoloq müayinəsindən keçirilir, ondan qan analizi götürülür.

 

Bunu Aztibb.az-a müsahibəsində pediatr Arzu İsmayılova pandemiya müddətində uşaqların sağlamlığının qorunması ilə bağlı danışarkən deyib.

 

Müsahibəni təqdim edirik:

 

- Mövsüm dəyişikliyində, xüsusən bu pandemiya müddətində uşaqlarda immuniteti artırmaq üçün nə etmək lazımdır?

 

- İmmuniteti artırmaq üçün immunomodulyator dərmanlardan istifadə edilməli, həm də təbii qidalara – meyvə, tərəvəzlərə çox üstünlük verilməlidir.

 

- Ən çox rast gəlinən xəstəliklərdən biri də qurd xəstəlikləridir. Bəzi valideynlər türkəçarələrə üstünlük verir. Dərman preparatları, yoxsa türkəçarələr daha effektlidir? Hansı müalicə yolu izlənilməlidir?

 

- Qurd xəstəliyi mütləq müalicə olunmalıdır. Türkəçarələr - soğan, sarmısaq, süd bir o qədər təsirli effekt göstərmir. Bu xəstəliyin müalicəsində mütləq bitki mənşəli qurd dərmanlarından istifadə edilməlidir. Qeyd edim ki, qurdlar müxtəlifdir. Hər qurdun da özünə görə müalicə prinsipi var.

 

- Qurd xəstəliyi uşaqlarda hansı fəsadlara yol aça bilər?

 

- İştahsızlıq, sinir sistemində oyanıqlıq, yuxu rejimində pozğunluq yaradır. Bundan başqa qaşınmalar, alergik dəyişikliklər, ürəkbulanma, qusma, qarında sancılar qurd xəstəliyinin əlamətlərindəndir.

 

- Körpələr neçə yaşına kimi ana südü ilə qidalanmalıdır?

 

- Körpələr mütləq 1 yaş, 1,5 yaşına qədər ana südü ilə qidalanmalıdır. 1 yaşından sonra da ana südü ilə qidalana bilərsə, daha yaxşı olar. Lakin körpənin minimum 6 ay ana südü ilə qidalanması mütləqdir.

 

- Süni qidalar ilə böyüyən uşaqları nə kimi təhlükə gözləyir?

 

- Süni qidalar ilə böyüyən uşaqlarda allergik xəstəliklər müşahidə edilir. Onlarda əsasən köklüyə meyillilik və mədə-bağırsaq sistemində narahatlıq yaranır. Bundan başqa süni qidalar düzgün hazırlanmadıqda fəsadları çox olur. Butulkada və ya yeməkdə infeksiyalar ola bilər. Qeyd edim ki, ana südü həmçinin daha tez həzm olur. Buna görə də körpələr üçün ən yaxşı olanı ana südüdür.

 

- Peyvəndərlə bağlı nə deyə bilərsiniz? Bu pandemiya müddətində də uşaqlara peyvəndlər edilməlidir?

 

- Pandemiya dövründə peyvənd mütləq edilməlidir. Xüsusilə uşaqların peyvənd olunması vacibdir. Uşaqlar arasında koronavirusa yoluxma hallarının az olması onlara vurulan pnevmakok və BSJ peyvəndi ilə əlaqədardır. Bu peyvəndlər ağciyərlərdə və bronxlarda xəstəliyin yayılmasının qarşısını alır. Bilirik ki, yeni virus ən çox bronxları zədələyir, quru öskürək və boğazda ağrılar olur. Buna görə xüsusən də 2 yaşına qədər olan uşaqlara istər yaşına uyğun olan peyvəndlər, istərsə də qrip əleyhinə peyvənd vurulmalıdır.

 

- Peyvəndin yan təsirlərindən necə qorunmalı?  

 

- Sağlam uşaqlarda peyvəndin yan təsiri olmur. Mində bir uşaqda narahatlıq yarada bilər ki, bu da bədəndən asılıdır. Peyvəndi hər uşağa vurmaq olmaz. Uşaq peyvənd vurulmadan öncə mütləq pediatr, nevropatoloq müayinəsindən keçirilir, ondan qan analizi götürülür.

 

- Hansı hallarda peyvəndlər vurulmamalıdır? 

 

- 98% halda - bəzi nevroloji xəstəliklər (qıcolmaya meyllilik) və qızdırma halı istisna olmaqla peyvəndə əks-göstəriş yoxdur. Anasında SPİD olan və açıq vərəm olan uşaqlara da peyvənd vurulmur.

Qızdırma halında ancaq qızdırma verən peyvəndlərin vurulması qadağandır. Digər bütün peyvəndlər vurula bilər.

 

- Uşaqlarda vitamin çatışmazlığı hansı əlamətlərlə özünü biruzə verir? 

 

- Uşaqlarda vitamin çatışmazlığı simptomları tez-tez ağlağanlıq ilə özünü büruzə verir. Bundan başqa fikir dağınıqlığı və xroniki yorğunluq, uşağın əvvəlkindən daha çox yatması, yuxudan çətin oyanması, gəzintiyə, uşaqlarla oynamağa getməkdən imtina etməsi əlamətləri müşahidə edilir.

 

- Meyvə şirələrinin uşaqlar üçün fəsadları varmı?

 

- Meyvə şirələri allergiya verə bilər. Buna görə də uşağa meyvə şirələri qarışıq şəkildə deyil, ayrı-ayrı verilməlidir ki, hansı meyvə şirəsinə qarşı daha həssas olduğunu müəyyən etmək mümkün olsun.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb