BDU-nun tələbələri Biofizika İnstitutunda istehsalat təcrübəsi keçirlər    
27.02.2024 15:17

Elm və Təhsil Nazirliyinin Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Banu Ağamalıyeva, E. coli-nin DH5 alfa ştammına pUC-19 plazmid vektoru keçirilmiş hüceyrələrin ampisilin əlavə edilmiş LB mühitində overnight (gecə səhərə qədər) rejimində yetişdirilməsi, daha sonra, E. coli bakteriya hüceyrəsindən plazmid DNT-nin qələvi lysis miniprep yolu ilə ayrılması haqqında məlumat verib və kulturanın yetişdirilməsi həyata keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Əfsanə Hüseynova “Keysight E4990A Impedans analyzer” cihazı ilə fibroin təbəqəsinin elektrik parametrlərinin ölçülməsindən danışıb.

 

Fiziki-kimyəvi stress faktorlarının biofizikası laboratoriyasında təcrübəçi tələbələrlə, kimyəvi lüminessensiya metoduna əsaslanan təcrübələrdə ZnCl2 duzunun müxtəlif nümunələrinin lizat və membranlarda antioksidant tutumunun və antiradikal müqavimətin dəyişilməsi ilə bağlı eksperimentlər aparılıb.

 

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova, institutun iki böyük istiqaməti, yaşla əlaqədar yaranan neyrodegenerativ xəstəliklər və xərçəng xəstəlikləri haqqında geniş məlumat verib və institutun bu istiqamətdə gördüyü işlərlə tələbələri tanış edib. Bundan başqa, təcrübə zamanı tələbələr tələblərə uyğun olaraq tərtib olunmuş, eyni zamanda müasir cihazlarla təchiz olunmuş laboratoriyalarla tanış olub, cihazların iş prinsipi ilə bağlı geniş izahatlar verilib və onlardan istifadə etməklə görülən tədqiqatların mahiyyəti, tətbiqi və gözlənilən faydaları haqqında məlumat verilib. Eyni zamanda, tələbələrə laboratoriyada işləmə qaydaları, təhlükəsizliyə necə əməl olunmaq aşılanıb, tələbələrin özlərinin təcrübələrə cəlb olunaraq laboratoriyada işləmə bacarıqları da formalaşdırılıb.

 

Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Günay Əliyeva və magistrant Fidan Bağırova BDU-nun Biologiya fakültəsinin tələbələrinə DNT fraqmentlərinin aqaroza gel elektroforezi ilə ayrılması prosesini izah ediblər və sonda bu prosesi əyani şəkildə tələbələrlə birlikdə həyata keçiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır