COVID-19-a ailəliklə yoluxanlar var - Tədris Terapevtik Klinikasının direktoru
02.11.2020 11:55

Son bir həftə ərzində ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı hər gün artaraq çox yüksək həddə çatıb. Bunun başlıca səbəbi bəzi vətəndaşların pandemiya dövrünün qaydalarına əməl etməməsi və sosial məsuliyyət hissini itirməsidir.

 

Aztibb.az xəbər verir ki, mövcud vəziyyəti şərh edən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib: “Koronavirusun ölkəmizdə təzə yayılmağa başladığı mart-aprel aylarında yoluxmaya məruz qalan müəyyən ailədən bir nəfər gəlib xəstəxana şəraitində müalicə olunandan sonra sağalaraq evə qayıdırdı. Həm də o vaxt yoluxanların xeyli qismi bu xəstəliyi nisbətən yüngül keçirirdi və bu, əhali arasında bir qədər arxayınçılıq hissinin yaranmasına səbəb oldu. İndi isə infeksiyaya yoluxan bütöv ailələr var. Hazırda xəstəxanada müalicə olunan baba, nənə, oğul, gəlin və nəvə, yaxud ata-ana və övladlarından ibarət bütöv ailələr müalicə olunurlar. Onlar ya ailəvi şəkildə müəyyən tədbirlərdə iştirak edərək xəstələnir və yaxud ailə üzvlərindən kimsə gedib həmin tədbirlərdə yoluxaraq gəlib ailənin digər üzvlərini də xəstələndirir. Bir də onda duyuq düşürlər ki, artıq hərarət yüksəlir, boğazda ağrı, bədəndə tərləmə başlayır, nəfəs darlığı yaranır, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir, belə olanda artıq onun özünü və ətrafdakıları qoruması gec olur”.

 

Professor əhalini indiki kritik şəraitdə ehtiyatla davranmağa, hər addımda pandemiya dövrünün qaydalarına ən ciddi şəkildə əməl etməyə çağırıb. Unutmaq lazım deyil ki, bu dəhşətli bəşəri bəladan qoruyan yeganə bir qüvvə varsa o da hər kəsin özü və onun sosial məsuliyyət hissidir.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib