Vitamin B9 -  Kəşf ediləndən folik turşusu ilk növbədə qadın vitamini hesab edilir
17.02.2024 14:55

Folik turşusu və ya B9 vitamini, əsas qadın vitaminidir. O normal olaraq qanın əmələ gəlməsi üçün lazım olan təbii vitamindir.


Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, vitamin yumurta hüceyrələrinin yetişməsində, menstrual dövrün normallaşmasında, dölün inkişafında mühüm rol oynayır.


Qanda şəkərin səviyyəsin nəzarətdə kömək edir. Folik turşusu qanda şəkərin səviyyəsinin sıçrayışlarının ehtimalını azalda bilər və bədənin hüceyrələrinin insulinə olan həssaslığını artıra bilər.


Beynin sağlamlığını gücləndirir. Qanda folatın aşağı səviyyəsi beyinin funksiyalarının pozulması və demensiyanın inkişaf riski ilə bağlıdır. Yaşlı insanlarda, hətta B9-un norma daxilində səviyyəsinin aşağı olması psixiki pozuntuların yüksək riski ilə bağlıdır.


Folik turşusunun əlavələri psixiki pozuntularıı və koqnitiv pozuntuları olan insanlarda beyinin işləməsini yaxşılaşdıra bilər. Maddə xəstəliyin inkişafının yavaşıdılmasına və Alzheimer xəstəliyinin müalicəsində köməklik göstərir.


Psiziki pozuntularla mübarizə aparır: Antidepresanlarla birlikdə B9 vitamini əlavələri depressiya əlamətlərinin öhdəsindən yalnız antidepresanlarla müalicədən daha effektiv şəkildə gəlir.

 

Ürək xəstəlikləri riskini azaldır. Folat homosisteinin metabolizmində mühüm rol oynayır. Bu amin turşusunun çoxluğu ürək-damar xəstəliklərinin inkişafı ehtimalını artırır. Hamilə qadınlarda folik turşusu və folatların çatışmazlığı dölün düşməsi, plasentanın qismən və ya tamamilə ayrılması, kortəbii abort riskini artırır. Əgər analar hamiləlik dövründə folatların çatışmazlığını yaşayırdılarsa, gələcəkdə onların uşaqlarında əqli inkişafın ləngiməsi riski artır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır