"Qadın sağlamlığında fitnesin əhəmiyyəti” adlı seminar keçiriləcək
17.02.2024 10:48

18 fevral 2024-cü il tarixdə xanımlar üçün “Qadın sağlamlığında fitnesin əhəmiyyəti” adlı seminar keçiriləcək.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki, tədbir Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-nin, Azərbaycan Autizm Assosiasiyası, Reform Fitnes Mərkəzinin, Eco Product şirkətinin dəstəyi və INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan və GFHC Fitnes Akademiyasının təşkilatçılığı, həmçinin “Inclusıve Organızatıon Team”-in sosial tərəfdaşlığı ilə baş tutacaq.

 

Tədbirdə şəhid ailələrinin gənc xanım üzvləri, irsi qan xəstəliyindən əziyyət çəkən, autizimli və daun sindiromlu uşaqların valideyinlərinin iştirakı nəzərdə tutulub. Seminarın keçirilməsində başlıca səbəb insanların asudə vaxtlarının idmana cəlb olunmasına dəstək olmaqdır.

Seminarın təlimçisi INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan Birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli məşqçi, beynəlxalq dərəcəli hakim, qidalanma və qida əlavələri üzrə mütəxəssis Elnur Şıxəliyevdir. 

 

Tədbirdə qadın sağlamlığının mövcud vəziyyəti, hormonlar və çəki nəzarəti,  kardiorespirator təlimlər, müqavimət  və elastiklik təlimləri, həmçinin  qidalanma  təlimatları adlı mövzulardan bəhs olunacaq.

Xanımlar üçün nəzərdə tutulmuş seminar ödənişsiz həyata keçirilir.

 

Ünvan: Bakı şəh., Əhməd Rəcəbli 40 b

Əlaqə nömrəsi: (+994 50) 201 74 74

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev