Avstraliyalı alimlər hamilə qadınların günəş altında qalmasının təhlükəli olduğunu müəyyən ediblər
10.02.2024 16:27

Günəş altında qalmaq immunitet sistemini gücləndirir, hemoqlobin səviyyəsini artırır və bir sıra digər üstünlüklərə malikdir. Ancaq bunun da bir çox təhlükələri var.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, həddindən artıq ultrabənövşəyi şüalanma, xüsusən də solaryumlarda melanomanın (dəri xərçəngi) əsas səbəbi olaraq qalır. 35 yaşdan sonra solaryumdan istifadə edərkən melanoma inkişaf riski 75% artır.

 

Körpələr üçün günəş vannası qəbul etməyin riskləri də var, çünki ultrabənövşəyi şüalar uşağın sinir sisteminin inkişafı üçün zəruri olan fol turşusunu məhv edə bilər.

 

Birinci trimestrdə və ikincinin əvvəlində günəş vannası qəbul etmək xüsusilə təhlükəlidir, çünki bunlar fetal beyin inkişafı dövrləridir. Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, günəşə həddindən artıq məruz qalma uşaqlarda dağınıq sklerozun inkişaf riskini artırır.

 

Hamiləlik dövründə dəri ultrabənövşəyi radiasiyaya daha həssasdır, çünki hormonal dəyişikliklərdən təsirlənir. Həmçinin, qaraldığınız zaman dərinizdə tünd ləkələr əmələ gəlir.

 

Günəş vannası istisna edilmir, lakin uzun müddətli olmamlıdır və bir neçə vacib qaydaya da riayət etmək vacibdir. Şapka, günəş eynəyi və yüksək keyfiyyətli dəri qoruyucu vasitələrdən istifadə edilməlidir. Qarın da örtülməlidir. Günün ən isti saatlarında günəşə çıxmaqdan çəkinilməli və bol su içilməlidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır