İlk dəfə insan beyninə çip yerləşdirilib
30.01.2024 09:40

Tesla və X-in sahibi, ABŞ-ın “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask ilk dəfə olaraq insana beyin çipinin yerləşdirildiyini açıqlayıb.

 

Aztibb.az-ın tele1.com.tr-yə istinadla məlumatına görə, X sosial media hesabındakı paylaşımında Mask ilk dəfə insan implantının "Neuralink" tərəfindən hazırlandığını bildirib.

 

Sağalma prosesinin yaxşı getdiyini bildirən İlon Mask, ilk nəticələrin "ümidverici" olduğunu deyib. O, “Neuralink”in “Telepatiya” adlı bu məhsulunun insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcəyini qeyd edib.

 

“Neuralink” neyrotexnologiya şirkəti 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alıb. Əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürür. 2016-cı ildə qurulan "Neuralink " şirkəti beyinə yerləşdiriləcək mikroçiplər iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır", - deyə İlon Mask paylaşımda bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub