ATU-da payız semestrinin qış imtahan sessiyası davam edir
23.01.2024 12:17

Azərbaycan Tibb Universitetində (ATU) universitetin Tədris Departamenti tərəfindən tərtib edilmiş plan cədvəlinə uyğun olaraq, ötən il dekabrın 29-dan etibarən payız semestrinin qış imtahan sessiyasına start verilib. 

 

İmtahan Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova Aztibb.az-a bildirib ki, bu tədris ilindən etibarən qeyri-ixtisas fənləri üzrə aralıq imtahanları ləğv olunub. Bu səbəbdən də tələbələr semestr imtahanlarına sıfır balla daxil olurlar. Lakin əvvəllər Azərbaycan dili, multikulturalizm, xarici dil, fəlsəfə və digər qeyri-ixtisas fənlərindən 40 bal aralıq qiymətləndirmə ilə imtahanlara daxil olur, əksəriyyəti müvəffəqiyyət qazanırdı.

 

Ü.Cəfərova imtahan zamanı 1-3 kurs tələbələrinə nümunəvi testlərdən az mövzu salındığını və əksəriyyətinin gizli suallar olduğunu qeyd edib: “Əvvəlkilərdən fərqli olaraq, artıq testlərin tərtibində də irəliləyişlər var. Testlər az səhvlə tərtib olunduğundan, imtahanı da rahat şəkildə apara bilirik. Bəzən isə apellyasiya şikayətləri də əsassız olur. Məsələn, bu semestr 30-a yaxın tələbə Anatomiya fənnindən düşmüş sualdan şikayət etdi, hamısı əsassız oldu. Qayda pozuntularına da çox rast gəlinmir”. 

 

Bildirilib ki, bu semestr az tərkibli nəzarət qrupu ilə işlənilir. Əvvəllər isə bu rəqəm 158 idi. Tələbələr imtahanlarını sakit və intizamlı şəkildə verirlər. İndiyədək ciddi qayda pozuntusuna rast gəlinməyib.

 

Bundan başqa, universitetin Apellyasiya Komissiyasının fəaliyyətində də bir sıra yeniliklər edilib. Hər semestrdə təxminən 5000-5500 müraciət olur. Əsaslı şikayətlər təmin edilir, tələbələrin ballarına əlavə olunur. Obyektivliyi təmin etmək məqsədilə hər gün aparılan hesabatlar elektron poçt vasitəsilə ATU-nun rektoruna, Tədris Departamentinə, İnformasiya texnologiyaları şöbəsinə göndərilir və sonda ümumi hesabat hazırlanır.  Şikayətlərin sadələşdirilməsi üçün 3 dildə - Azərbaycan, ingilis və rus dillərində ərizə nümunələri tərtib olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır