Yatarkən 10 saniyəlik tənəffüs itkisi zamanı insult və ya infarkt yaşana bilər
22.01.2024 09:37

Neyrofiziologiya mütəxəssisi Dr. Mehmet Fatih Göl yuxu zamanı 10 saniyə nəfəs ala bilməmə simptomu ilə diaqnoz qoyulan yuxu apnesinin müalicə edilmədiyi təqdirdə infarkt və insult riskini artırdığını bildirib.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, həkim yuxu zamanı nəfəs darlığı olaraq da bilinən yuxu apne sindromunun əhəmiyyətli bir xəstəlik olduğunu qeyd edib.


Xəstəlikdə xoruldama kimi açıq-aşkar şikayətlərin olduğunu ifadə edən həkim bildirib ki, xəstə nəfəsini kəsməkdən və sanki boğulurmuş kimi oyanmaqdan danışa bilər. Yaxud fün ərzində televizora baxarkən, divanda oturarkən və ya yemək yedikdən sonra yuxunun getməsindən şikayətlənir. Xoruldamaq gündüz nəfəsin dayanması və oyanmaq deməkdir. Yuxululuq şikayətləri və yuxu tutmaları bizi bu sindromu güclü şəkildə düşündürür”.


Nəfəs darlığının müddəti 10 saniyə ətrafında olarsa bu vəziyyəti ümumiyyətlə yuxu apnesi və ya hipopne olaraq qəbul edilir:
"Yuxu apnesini xəstənin yuxu zamanı 10 saniyədən çox nəfəs darlığı kimi təyin edə bilərik. Yuxu apnesi ən çox ölüm səbəblərindən olan ürək-damar xəstəlikləri, insult, hipertoniya, ağciyər hipertoniyası, ürək çatışmazlığı və ürək ritminin pozulmasına səbəb ola bilər. Bu xəstəliklər ən çox rast gəlinən ölüm səbəbləri arasındadır. Orta və ağır dərəcəli yuxu apne sindromu olanlarda risk daha yüksəkdir, lakin müalicə olunduqda bu xəstəliklərə yoluxma riskini azalır. Xəstə 10 saniyədən çox nəfəssiz olduqda, oksigen dəyəri azalır. Buna uyğun olaraq beyinə qan axını azala bilər, hormonal pozğunluq ola bilər, ateroskleroz ola bilər. Bunlar da beyin damar xəstəlikləri və ürək xəstəliklərinin bəzi səbəblərindəndir."


Yuxu apnesinin 2-ci tip şəkər xəstəliyinin səbəbi olduğu da bildirilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev