Şəhla Şabanova: "Qanazlığının ən böyük səbəbi dəmir çatışmamazlığıdır"
17.01.2024 11:37

Hemoqlobin və hemotokrit səviyyəsinin normadan aşağı olması qanazlığı kimi bildiyimiz anemiya halıdır. Hemoqlobin qanda oksigen daşımaq funksiyasını yerinə yetirən, qırmızı qan hüceyrəsi adlanan eritrositin əsas hissəsidir. Yetərincə qırmızı qan hüceyrəsinin sintezlənməməsi, qanama nəticəsində Hg itkisi, hemolitik anemiyalarda eritrosit ömrünün qısa olması, bəzi mikroelement və vitamin çatışmazlığı nəticəsində yaranan anemiyalar qanazlığının əsas səbəblərindəndir.

 

Aztibb.az xəbər verir ki, bu barədə ATU-nun Tədris Terapevtik Klinikasının Hemotologiya şöbəsinin müdiri I Daxili xəstəliklər kafedrasının əməkdaşı Şəhla Şabanova məlumat verib.

 

Onun sözlərinə görə, dünyada, eləcə də Azərbaycanda qanazlığının ən böyük səbəbi dəmir azlığıdır. Bu bütün qanazlığının təxminən 75%-ni təşkil edir. Adət görən gənc qadınlarda dəmir azlığının əsas səbəbi hər ay tsikl müddətində qanla birgə itirilən dəmirdir.

 

Şöbə müdiri qeyd edib ki, hamiləlik, südəmər, pubertat dövrlərdə dəmir istifadəsinin yüksəlməsi də qanazlığına səbəb ola bilir. Kişi cinsində izlənilən dəmir çatışmazlığında ilk olaraq ağla mədə-bağırsaq qanamaları gəlməlidir. Belə ki, bəzən bəsit dəmir çatışmazlığı mədə-bağırsaq sisteminin bədxassəli xəstəliyinin ilkin əlaməti ola bilir:

 

"Bundan başqa, vitamin B12, fol turşusu çatışmazlığında megaloblastik anemiyaya rast gəlinir. Qırmızı ətin az istifadəsi vitamin B12, dəmir azlığına, tərəvəzin məhdud istifadəsi fol azlığına səbəb ola bilir. Həmçinin anadangəlmə qanazlıqları olan talassemiya, oraqhüceyrəli anemiyalar ölkəmizdə çox yayılıb. İrsi qanazlığı olan talassemiya üçün ölkəmiz endemik zona sayılır. Talassemiyanın ağırlıq dərəcəsinə görə əsasən 3 növü var. Ağır forma - Mayor Talassemiya, ara - Talassemiya İntermedia, yüngül forma - Talassemiya Minor (talassemiya əlamətini daşımaq) olaraq tanınır. Son illər nikah öncəsi talassemiya skrininqi aparılır ki, bu da talassemiyalı xəstələrin çoxalmasının qarşısını alır”.

 

Halsızlıq, tez yorulma, təngnəfəslik, baş dönməsi, ürək ritminin pozulması, yüksək nəbz, yuxuya meyillilik, saç tökülmə və bir çox ümumi şikayətlərin qanazlığının əsas əlamətləri olduğunu söyləyən ATU əməkdaşı qeyd edib ki, ildə 1-2 dəfə qanın kontrol məqsədli ümumi analizinə baxılmalı, mümkün qan azlığı vaxtında aşkarlanmalı, müalicəsi aparılmalıdır. Əsasən yeniyetmə və gənc qadınlarda aylıq dönəmə bağlı qan azlığı dərinləşə bilər. Qan azlığının verə biləcək şikayət yelpazəsi çox genişdir. Belə ki, bəzən təngnəfəslik, bəzən ürəkdöyünmənin yüksəlməsi, bəzən isə saçtökülmə və ya dırnaq qırılması kimi şikayətlərlə özünü göstərir.

 

Qan azlığının fəsadlarından danışan həkim xatırladıb ki, qırmızı qan hüceyrələri orqanizmdə oksigen daşımaq funksiyasına sahibdir, anemiya   zamanı toxumalara yetərli oksigen təminatı pozulur və bu səbəbdən də daxili orqanlarda, əzələlərdə funksional pozğunluq yarana bilir. Dərin qan azlıqları zamanı (Hg-7 g/dl aşağı) beyin, ürək, böyrək toxumasının zədələnməsi orqan disfunksiyasına gətirib çıxarır.

 
 
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib