Ağız xərçənginin bu əlamətlərinə diqqət yetirin!
18.01.2024 07:28

Təəssüf ki, ağız xərçəngi ilk başlarda çox açıq olmayan dəyişikliklər göstərdiyi və məkrli şəkildə inkişaf etdiyi üçün erkən diaqnoz qoymaq mümkün deyil.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, ağız xərçəngi diaqnozunun daha çox simptomlar göstərdikdən sonra qoyulduğunu ifadə həkim Gülfem Özlü Uçan qeyd edib ki, əlamətlər göründüyündə xəstəlik yüzdə 60 irəliləmiş bir mərhələyə çatır:

“Erkən diaqnoz qoyulduqda müalicə nisbətən asan ola bilər və sağ qalma nisbəti olduqca yüksəkdir. Bu səbəbdən sağ qalmada erkən diaqnoz kritik əhəmiyyət kəsb edir. Stomatoloqlar öz xəstələrinin risk qruplarını müəyyən etməlidirlər. Ağız boşluğu xərçəngi riski yüksək olan xəstələrin müəyyən edilməsi və maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

Ağız xərçəngi birbaşa xərçəng kimi başlaya bilər. Erkən diaqnozun çox kritik olduğu üçün stomatoloqların üzərinə böyük məsuliyyət düşdüyünü ifadə edən həkim vurğulayıb ki, diş həkimlərinin diaqnoz qoymaq üçün ağız boşluğunun xərçəngini və xərçəng öncəsi lezyonlarını təsbit edə bilməsi, bu mövzuda bilik və məlumatlılıq səviyyəsi yüksək olmasını tələb edir.

Ağız boşluğu xərçəngi riski yüksək olan xəstələrdə maarifləndirmə işləri aparmalı və mütəmadi olaraq check-up müayinələri edilməlidir. Tədqiqatlar göstərib ki, bu prosedurun həyata keçirilməsi ilə ağız xərçənginin baş vermə və ölüm nisbətini əhəmiyyətli dərəcədə azaltmağa nail olmaq olar.

Müayinəsi zamanı ağız boşluğunda görünən qırmızı və ağ lezyonlar, şübhəli yaralar, ağızda, çənədə və üzdə dörd həftədən çox müddət ərzində hiss edilən ağrılar, açıqlana bilməyən boyun nahiyəsində son zamanlar yaranmış şişlik, üç həftədən çox davam edən udma çətinliyi xəstəliyin əlamətləri ola bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev