ÜST: Uşaqlıq boynu xərçəngi halları 95 % HPV virusundan qaynaqlanır
07.01.2024 11:34

ÜST uşaqlıq boynu xərçəngi ilə bağlı maarifləndirmə ayı çərçivəsində verdiyi açıqlamada, uşaqlıq boynu xərçənginin yüzdə 95-dən çoxuna insan papillomavirusu (HPV) səbəb olduğunu bildirib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, açıqlamada qeyd edilidiyi kimi, HPV-yə qarşı profilaktik peyvənd və xərçəngdən əvvəlki lezyonların skrininqi və müalicəsi uşaqlıq boynu xərçənginin qarşısının alınmasının təsirli üsullarıdır və çox qənaətlidir.

Dünyada qadınlar arasında ən çox rast gəlinən 4-cü xərçəng növüdür

ÜST uşaqlıq boynu xərçənginin aradan qaldırılması təşəbbüsü adlanan fəaliyyətlə bağlı bunları deyib: “Uşaqlıq boynu xərçəngi erkən diaqnoz qoyulub effektiv müalicə olunarsa, onun qarşısını almaq və müalicə etmək olar. Bununla belə, 2018-ci ildə 300 mindən çox qadının həyatına son qoyan xəstəlik dünya üzrə qadınlar arasında ən çox rast gəlinən 4-cü xərçəng növüdür”.

Az sayda xəstəlik uşaqlıq boynu xərçəngi qədər qlobal bərabərsizlikləri əks etdirir. 2018-ci ildə ölümlərin təxminən 90 faizi aşağı və orta gəlirli ölkələrdə baş verib. Uşaqlıq boynu xərçənginin ictimai sağlamlıq problemi kimi aradan qaldırılmasına rəhbərlik etmək üçün iddialı, ardıcıl və əhatəli strategiya işlənib hazırlanmışdır.

2018-ci ilin may ayında ÜST qlobal fəaliyyətə çağırış edib. 2020-ci ilin avqust ayında Ümumdünya Səhiyyə Assambleyası uşaqlıq boynu xərçənginin aradan qaldırılması üçün Qlobal Strategiya qəbul edib. Uşaqlıq boynu xərçəngini aradan qaldırmaq üçün bütün ölkələr hər 100 min qadına insidansı (xəstəlik dərəcəsi) 4-dən aşağı saxlamalı və bu nisbəti qorumalıdır. Buna nail olmaq üçün üç əsas məqsəd var. “Bu məqsədlər peyvənd, skrininq və müalicədir.

Biz uşaqlıq boynu xərçənginin aradan qaldırılması yolundayıq

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün peyvəndin əhəmiyyətinə diqqət çəkib: "HPV virusuna qarşı peyvənd və xəstəliyin erkən və effektiv müayinəsi və müalicəsi ilə biz böyük ölçüdə qarşısı alına bilən bir xəstəlik olan Servikal Xərçəngi aradan qaldırmaq yolundayıq. Müvəffəqiyyət bütün tərəfdaşlardan bütün ölkələrdə qadınların və qızların bu həyat xilasedici vasitələrdən istifadəsinə mane olan bərabərsizlikləri aradan qaldırmaq üçün birgə işləməyi tələb edir. Bu uşaqlıq boynu xərçəngi haqqında məlumatlandırma ayı, ÜST uşaqlıq boynu xərçənginin aradan qaldırılması təşəbbüsü vasitəsilə bu qarşısı alına bilən xəstəlikdən azad bir dünyaya sadiqliyini bir daha təsdiqləyir və peyvənd, skrininq və müalicənin davamlı genişləndirilməsinə çağır”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib