Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şəki Tibb Kollecində İİV-lə bağlı maarifləndirmə aksiyası keçirib
14.12.2023 15:29
Şəki Tibb Kollecində “Sağlam həyat - sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib.
 
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, Şəki Regional Laboratoriyasının mütəxəssisləri kollecin şagirdlərinə İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat veriblər.
 
Mütəxəssislər öncə “İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məktəblilərə ümumi məlumat verib, gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını diqqətə çatdırıb.
 
Həmçinin RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində kollecin müəllim və tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub