ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya kafedrasının rezidentləri üçün seminar təşkil olunub
13.12.2023 11:32

ATU-nun Tədris Terapevtik Klinikasında Nevrologiya kafedrasının rezidentləri üçün “Kliniki neyrofiziologiyada müayinə üsulu olan elektroensefaloqramın (EEQ) praktiki nevrologiyada istifadəsi” mövzusunda seminar keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, Rezidentura və Magistratura şöbəsinin təşkilatçılığı ilə baş tutan seminara adıçəkilən şöbənin müdir müavini, assistent Namiq Xəlilov moderatorluq edib. O, universitet rəhbərliyinin gənc həkimlərin elmi və praktik fəaliyyətinə həmişə xüsusi önəm verdiyini və müzakirəyə çixarılan mövzunun praktiki nevrologiyada əhəmiyyət daşıdığını bildirib.

 

Daha sonra Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli mövzuyla bağlı öz fikirlərini bölüşüb və kafedranın əməkdaşı, t.ü.f.d. Kamal Əliyevi auditoriyaya təqdim edib. Məruzəçi öz mühazirəsində bu sahəyə dair qısa şəkildə məlumat verərək, kliniki neyrofiziologiyada müayinə üsulu olan elektroensefaloqramın praktiki nevrologiyada tətbiqi və onun metodologiyası, həmçinin istifadə olunan avadanlıq barədə danışıb.

 

Məruzədən sonra EEQ-in yaşla bağlı xüsusiyyətləri, normal yuxu vaxtı qeyd edilən EEQ dəyişiklikləri, prosedur zamanı qeydə alınan normal və patoloji dalğalardan geniş söhbət açılıb.

 

Sonda Tədris Terapevtik Klinikada epilepsiyadan əziyyət çəkən xəstələr üzərində aparılan tədqiqatlar zamanı müşahidə olunmuş maraqlı hallar, eləcə də xarici ölkələrdə belə xəstələr üzərində aparılmış EEQ monitorinqdən video-nümunələr göstərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır