Hacıqabulda keçirilən növbəti qanvermə aksiyasında 100-dən çox donor könüllü olaraq qan verib
09.12.2023 16:08

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Hacıqabul Rayon Mərkəzi İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, Mərkəzi Qan Bankının əməkdaşlarının təşəbbüsü ilə qanvermə aksiyası təşkil edilib.

 

Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar.

 

Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

 

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

 

Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 100-ə qədər donordan qan götürülüb. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub