“Koronavirus aylarla davam edəcək” - Tanınmış həkim Vasif İsmayılın proqnozları
22.07.2020 11:29

Tanınmış həkim Vasif İsmayıl Musavat.com saytının “Facebook” üzərindən baş tutan canlı yayımında müsahibə verib. O, koronavirusun hələ aylarla davam edəcəyini deyib: insanlar 2021-ci ilin ortalarına kimi bu virusla yaşamağa hazır olmalıdır.

 

Bildirib ki, əgər insanlar məsuliyyətli davranarsa və qaydalara əməl edərsə bir çox iş yerləri açıla, öz fəaliyyətini müəyyən məhdudiyyətlərlə davam etdirə bilər.

 

O, koronavirusun müalicəsinin baha olduğunu, eyni zamanda artıq bir çox xəstəxanalarda yer məhdudiyyətinin müşahidə edildiyini qeyd edib: bunları nəzərə alaraq insanlar özlərini maksimum şəkildə qorumalı, sosial izolyasiya qaydalarına əməl etməlidir.

 

Həkim bildirib ki, pandemiyanın qarşısının alınması ilə bağlı hökumət tərəfindən görülən son tədbirlər müsbət nəticə göstərməkdədir. İnsanların əksəriyyəti qaydalara riayət etməyə başlayıb. Gözəllik salonları və bərbərxanaların açılması doğru qərardır. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin də öz fəaliyyətini davam etdirməsi üçün şərait yaradılmalıdır. Təbii ki, bu zaman ciddi nəzarət olmalıdır.

 

O, rayonlara gediş-gəlişin bərpa olunması, eləcə də istirahət zonalarının açılmasının da mümkün olduğunu, lakin insanların son dərəcə diqqətli davranmasının zəruriliyini vurğulayıb.

 

V.İsmayıl Bakı şəhərində çimərliklərin açılması ilə bağlı məsələyə də münasibət bildirib: çimərliklərin açılmasına qarşıyam. Əgər bu baş verərsə, insanların çimərliklərə ciddi axını olacaq. Onların sosial məsafə qaydalarına əməl edəcəklərinə inanmıram. İnsanların daha çox açıq ərazilərə getməsinin tərəfdarıyam:

 

“D vitamini məsələsinə gəlincə dağ havasından alınan D vitamini dənizə getdiyimiz zaman dəridə yaranan vitamindən daha xeyirlidir. D vitamininin qəbulu baxımından dağda 2 saat hava almaq, dənizdə 3 saat vaxt keçirməyə bərabərdir.

 

Nəzərə alsaq ki, payız-qış aylarında üst tənəffüs yolları xəstəlikləri artır. Bu da koronavirusun daha çox yayılması ehtimalını artırır.  Ona görə insanların yaşa uyğun olaraq profilaktik dozada D vitamini preparatı qəbul etməsi bədəndə immunitetin yaranmasına səbəb olacaq”.

 

Həkim insanları bir daha qaydalara riayət etməyə - əllərini tez-tez yumağa, sosial məsafə saxlamağa və maska taxmağa çağırıb. O, həmçinin uzun müddət maska taxmağın heç bir ziyanı olmadığını qeyd edib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər