Ketamin burun spreyi: Davamlı depressiyanın müalicəsində effektivlik göstərib
24.11.2023 10:14

Esketamin və antidepresanların birləşməsi xəstələrdə remissiya nisbətlərini artırmaqla davamlı depressiyanı müalicə etmək üçün yeni bir üsul təklif edir.

Aztibb.az “Medimagazin” portalına istinadən xəbər verir ki, ketaminin iki əsas formasından biri olan esketamin, standart müalicələrdən birini geridə qoyaraq depressiyanın müalicəsində nəticə göstərib. Sənaye tərəfindən maliyyələşdirilən bu araşdırma ilk dəfə Barselonada keçirilən 36-cı ECNP Konqresində təqdim edilmiş və “New England Journal of Medicine” jurnalında dərc edilib.

Klinik tədqiqatlar göstərib ki, esketaminin davamlı depressiyanın müalicəsində bəzi standart müalicələrdən daha effektivdir. Tədqiqat, esketamin və antidepresanların kombinasiyasını qəbul edən xəstələrin quetiapin qəbul edənlərə nisbətən daha yaxşı remissiya nisbətləri göstərdiyini ortaya qoyub. Bu tapıntılar davamlı depressiya üçün yeni bir müalicə yolu təklif edir.

18-74 yaş arası xəstələrin iştirak etdiyi araşdırmada bəzi xəstələr altı fərqli müalicə cəhdindən sonra belə depressiya ilə mübarizə aparırdılar. 336 xəstə esketamin burun spreyi və bir SSRI və ya SNRI aldı, digər 340 xəstə isə quetiapin və bir SSRI və ya SNRI aldı. Səkkiz həftəlik müalicə müddətindən sonra 24 həftəlik baxım müalicəsi aparıldı.

Səkkiz həftədən sonra esketamin və antidepresanlar qəbul edən xəstələrin 28%-i remissiyaya nail olub, ketiapin qəbul edən qrupda bu göstərici 18% idi. 32 həftəlik dövrün sonunda esketamin qəbul edən xəstələrin 22%-i hələ də remissiyada idi, ketiapin və antidepresanlar qəbul edən xəstələr arasında isə bu göstərici 14% olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır