Tibb işçilərinin icbari tibbi sığorta sistemi barədə rəyinin öyrənilməsi məqsədilə anonim sorğu keçirilir
24.11.2023 10:19

İcbari tibbi sığorta sisteminin tətbiqindən tibb işçilərinin məmnunluq səviyyəsini öyrənmək məqsədilə anonim sorğu aparılır. 

 

Sorğu USAİD Azərbaycan Missiyasının dəstəklədiyi ABŞ-ın FHI 360 təşkilatının MG Consulting və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzlə birgə icra etdiyi “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində baş tutan “Səhiyyədə ictimai iştirakçılıq və icbari tibbi sığorta haqqında maarifləndirmə təşəbbüsləri” adlı fəaliyyətlər sırasında həyata keçirilir.

 

Bu barədə məlumat Aztibb.az-a “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən verilib.

 

Bildirilib ki, sorğunun keçirilməsi zamanı anonimlik qorunur.

 

Sorğunu aşağıda qeyd olunun linkə daxil olmaqla bir dəfə cavablandıra bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeQ9ktCbItBjZ6jsucPEBd-v-vw5k5bq8EjzxCooR8K3yvy1g/viewform?usp=sharing

 

Sizin rəy və təklifləriniz ITSDA-ya təqdim ediləcək və icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində önəmli töhfəsini verəcək.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər