Media nümayəndələri arasında “Bir ömür xidmətinizdə...” mövzusunda yaradıcılıq müsabiqəsi elan edilir
20.11.2023 12:11

TƏBİB,  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi, eyni zamanda TƏBİB-in fəaliyyətə başlamasının 5 illiyi ilə bağlı media nümayəndələri arasında “Bir ömür xidmətinizdə...” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, müsabiqə şərtləri aşağıdakılardır:

 

1.1 Müsabiqə üzrə təqdim edilən materiallar qeyd olunan istiqamətləri əhatə etməlidir:

 

1.1.1. Heydər Əliyev siyasəti və Azərbaycan səhiyyəsi;

1.1.2. Zərifə Əliyeva şəxsiyyəti, tibdə fenomenallıq və Azərbaycan oftalmologiya elmi;

1.1.3. Azərbaycanda tibb xidməti: keçmiş, bu gün və gələcək üçün potensial;

1.1.4. TƏBİB-in fəaliyyəti, tibbi xidmətdə yeniliklər, vətəndaş məmnuniyyəti və sağlam gələcək;

1.1.5. Səhiyyə və tibb sahəsində dövlət siyasəti: qabaqcıl yanaşma, beynəlxalq standartların tətbiqi.

 

 

Qeyd: Bu mövzular ümumi istiqamətləndirici mahiyyət daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad oluna bilər.

 

1.2. Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakılar tələb olunur:

 

1.2.1. Müsabiqədə əmək müqaviləsi ilə işləyən jurnalistlər və ya fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər iştirak edə bilərlər;

1.2.2. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media subyektində yayımlanmalıdır;

1.2.3. Müsabiqəyə 20 noyabr 2023-cü il tarixindən 10 dekabr 2023-cü il tarixinədək çap mediasında (qəzet, jurnal) və informasiya agentliklərində, onlayn mediada (xəbər saytları) yayımlanacaq yazılar, müsahibələr, həmçinin audiovizual media (televiziya, radio) subyektində yayımlanmış video və audio materiallar təqdim olunmalıdır;

 1.2.4. Müsabiqə üçün dil və janr məhdudiyyəti yoxdur;    

1.2.5. Audiovizual media materialları üçün həcm məhdudiyyəti yoxdur;

1.2.6.Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

1.2.7. Müsabiqəyə təqdim edilən materiallarda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

 

Mükafatlandırma

 

2.1. Müsabiqənin yekununda I yer (2 nəfər) - 1000 manat, II yer (2 nəfər) - 700 manat, III yer (2 nəfər)  - 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq;

2.2. Müsabiqədə qalib olanların adları 20 dekabr 2023-cü il tarixində açıqlanacaq.

 

Müsabiqəyə müraciət forması

 

3.1. Müsabiqəyə müraciət elektron qaydada həyata keçirilir və aşağıdakılar tələb olunur:

 

3.1.1. Müsabiqə yazısı ("Word" faylında, imzasız);

3.1.2. Müsabiqə yazısının dərc olunduğu materialın linki ("Word" faylında, imzalı) ;

3.1.3 . Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən "link" və sair vasitələr;

3.1.4. Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin əmək və ya mülki hüquq müqaviləsi (PDF, JPG, yaxud "Word" faylında);

3.1.5. Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

 

Qiymətləndirmə

 

4.1. Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı meyarlara üstünlük veriləcək:

 

4.1.1. Mövzunun dolğun əhatə etmə səviyyəsinə;

4.1.2. Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

4.1.3. Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

4.1.4. İfadə vasitələrinin zənginliyinə;

4.1.5. Oxucu üçün informasiyalılıq dərəcəsinə;

4.1.6. Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

 

Müraciət formasında qeyd olunan bütün materiallar və məlumatlar “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqə başlığı ilə info@presscouncil.az elektron ünvanına göndərilməlidir.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: Mobil/Whatsapp: (+994 50) 242 09 91

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər