Pestisidlərin istifadəsi artır - Ekspertlərdən xəbərdarlıq
17.11.2023 10:20

Kənd təsərrüfatında məhsullara və bitkilərə zərər verə biləcək həşəratları məhv etmək üçün istifadə edilən kimyəvi zəhər kimi təyin olunan 'Pestisidlər' sağlamlığa zərər verir.

Aztibb.az “T24” internet qəzetinə istinadən xəbər verir ki, dünyada hər il 4 milyon ton pestisiddən istifadə olunur. Pestisidlərdən istifadənin getdikcə nəzarətdən çıxdığına diqqət çəkən elm adamları "Göz önündə zəhərlənirik. Pestisidlərin yaratdığı təsirlər son dərəcə ağırdır. Aqroekoloji qida sistemi, yəni təhlükəsiz qidalar istehsal edilməlidir", - deyə xəbərdarlıq edirlər.

Avropa İttifaqının Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) qadağasına baxmayaraq, pestisidlərdən istifadə dünyada rekord həddə çatıb. Hər il dünyada 385 milyon pestisid zəhərlənməsi hadisəsi baş verir və 11 min insan həyatını itirir. Nəhayət, “Heinrich Böll Stiftung” Dərnəyi tərəfindən hazırlanan Pestisid Atlasında bu məsələyə diqqət çəkilib.

Pestisidlərə çox məruz qalanlarda ürək, ağciyər və ya böyrək çatışmazlığının yaşandığı bildirilir, Parkinson, lösemi, ağciyər və döş xərçəngi, 2-ci tip diabet, astma, allergiya, piylənmədə ciddi artımların olduğu qeyd edilir. Pestisidlərin təsiri ilə dünyada hormon pozğunluqları halının da artdığı görülməkdədir.

Atlasda çox ölkədə pestisidlərin istifadəsini azaltmaq üçün heç bir dövlət siyasətinin həyata keçirilmədiyi bildirilir. Bu dövlətlər tərəfindən pestisidlərin istifadəsini azaldacaq layihələrin həyata keçirilmədiyi, aqroekoloji yanaşmanın yer almadığı da qeyd edilir.

Məsələn, Hollandiya, Belçika, İtaliya və Portuqaliyada illik pestisid istifadəsinin hektar başına 5 kiloqramdan çox olduğu və 2020-ci ildə Türkiyə daxilində istifadə edilən pestisid miqdarının hektar başına 2,2-2,5 kiloqram olduğu iddia edilir və bu dəyər AB ölkələri ilə müqayisədə çox aşağıdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev