Dil yanmasına faydalı təbabat üsulları
14.11.2023 15:45

İsti içkilər və ya yemək yemək dilin və ağzın yanmasına səbəb olur. Tərkibində yüksək temperatur olan bu qidaların istifadəsi nəticəsində dil yanıqları yaranır. Bu yanıqlar ağrılı ola bilər. İnsan dilini yandırma sürətindən asılı olaraq müəyyən müddət ərzində dad hissini də itirə bilər. Dili yanığına qarşı ən yaxşı üsul duzlu sudur. Duzlu su anında yanma hissini aradan qaldırır və dildə yaraların yaranmasının qarşısını alır.

Aztibb.az “CNN Türk”ə istinadən “dil yanmasına nə xeyirdir, onu necə müalicə etmək olar?” suallarına cavab verib.

Dil yaraları və yanıqları üçün tövsiyə olunan müalicə üsullarından biri ani soyuq su və ya buz kompleksidir. Bu komplekslə dildə qabarcıq və ya açıq yara əmələ gəlməsinin də qarşısı alınır. Eyni zamanda dilin qalıcı zədələnməsinin qarşısı alınır.

Ağzı duzlu su və ya qazlı su ilə yaxalamaq da həmin an yanma hissini minimuma endirir. Yanıqların ciddi zərər verməməsi üçün bir müddət istehlak edilən qidaların temperaturuna və turşuluğuna diqqət yetirmək tövsiyə olunur.

Dil yanmasının bitki mənşəli müalicə üsulları da var. Evkalipt bitkisi bu mənada ən faydalı bitkilərdən biridir. Evkalipt dildə yanıqların ani rahatlamasını və tez sağalmasını təmin edir. Üstəlik, dad hissi qısa müddətdə geri qayıdır.

Həmçinin yüngül dəmlənmiş mixək çayı da məsləhət görülür. İsti şəkildə istehlak edilən bu çay yanma hissini qısa müddətdə aradan qaldırır və dili yaxşılaşdırır.

Dil yanıqları üçün bir müddət istehlak edilən qidalara diqqət yetirilməlidir. Bu mənada çox isti və ya çox soyuq yeməklərdən, turş və ya sərt qidalardan uzaq durmaq lazımdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev