Bədəni zəhərləyir - Belə bişirməyin!
12.11.2023 11:39

Toyuq əti yeməklərdə və ya qızardılmış qidalar kimi çox tez-tez istehlak olunur. Bu ət yüksək miqdarda protein ehtiva etdiyi üçün orqanizm üçün çox faydalıdır. Lakin toyuq ətinin saxlanması və ya bişirilməsi zamanı edilən bəzi səhvlər orqanizmi sözün əsl mənasında zəhərləyir. Bu səbəbdən toyuq əti istehlak edərkən diqqətli olmaq lazımdır.


Aztibb.az “CNN Turk”ə istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, yeməklərə ləzzət qatan və tərkibindəki zülalla orqanizmə faydalı olan toyuq düzgün bişirilmədikdə zəhər yaya bilər.


Toyuq ətini bişirməzdən əvvəl edilən səhvlər və toyuğun saxlanma üsulu bakteriyaların yayılmasına səbəb olur. Toyuq ətini soyuducuda saxlayarkən diqqətli olmaq lazımdır. Toyuq paketləri sulu olur, sızır və damlayır. Belə olduğu üçün soyuducuda olan meyvə və tərəvəz kimi digər qidaları da çirkləndirə bilər. Bu səbəbdən toyuq ətini soyuducu torbasında saxlamaq lazımdır.Mümkünsə soyuducunuzun alt çəkməcəsində saxlayın. Soyuducu torbaya bükülmüş toyuq ətini boşqaba qoyun.


Toyuq əti otaq temperaturunda qaldıqda onun tərkibindəki bakteriyalar çox tez çoxalır. Salmonella xüsusilə isti havalarda çoxalır.


Əgər toyuq ətini piştaxtada çox uzun müddət saxlasanız, qida zəhərlənməsinə səbəb olacaq bakteriyalar üçün çoxalma zəminini yarada bilərsiniz. Buz tutmuş toyuqları əritmək üçün sobada ististməyin, bunun əvəzinə, toyuq ətini bişirməyi planlaşdırmadan bir gecə əvvəl soyuducunuzda əridin. Əgər bişməzdən əvvəl toyuq yuyursunuzsa, böyük səhv edə bilərsiniz.


Çiy toyuq yeməkdən əvvəl yuyulmağa ehtiyac yoxdur. Çünki siz toyuq ətini təmizlədiyinizi düşünərkən, bakteriyaları çox tez yaymış ola bilərsiniz. Tədqiqatlar göstərir ki, quş ətini yuyarkən bakteriyaları üç metr kənara sıçrada bilərsiniz. Toyuqu yumadan qablaşdırmadan birbaşa bişirin.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub