“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
06.11.2023 16:07

Dekabrın 5-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Bu barədə Aztibb.az-a AMEA-dan bildirilib.

 

Konfransın əsas elmi istiqamətləri:

  1. Biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri;
  2. Genomiks, proteomiks, postgenom texnologiyalar biologiya elminin problemlərinin həllində;
  3. Gen, hüceyrə və zülal mühəndisliyi, transgenez;
  4. Biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt;
  5. Bioloji müxtəliflik, ərzaq təhlükəsizliyinin təmin olunması, ekosistemlərin dayanıqlığı və ətraf mühitin mühafizəsində biologiya elminin iştirakı;
  6. Populyasiya genom tədqiqatları;
  7. Biorisk və biotəhlükələr, onların qiymətləndirmə, önləndirmə və aradan qaldırılma üsulları, bioloji sistemlərə antropogen təsirlər, özünütəşkil və özünübərpa məsələləri;
  8. Bioetika və sintetik biologiyanın problemləri.

 

Tezislər biol.prob.2023@gmail.com elektron ünvanına göndərilməlidir (tel.: (+994 50) 338 15 71, (+994 12) 463 63 27)

 

Konfransın dili: Azərbaycan və ingilis dilləri

 

Tezisin göndərildiyi məktubun mövzu yerində “H.Ə.-100” sözlərinin yazılması xahiş olunur.

 

Tezislərin göndərilməsi üçün son tarix 1.12.2023-cü ildir.

 

Tezislərin tərtibi qaydaları

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

 

Tezisin mətni:

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1.05 olmaqla, ən çoxu 2 səhifə həcmində olmalıdır.

 

Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

 

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə tezisin məliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra otradan italik şrifti ilə hər müəllifin iş yeri, ölkəsi, korrespondent* müəllifin e-mail ünvanı verilir.

 

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

 

Tezislərdə cədvəl, sxem və şəkillərdən istifadə edilmir. Ədəbiyyat siyahısı verilmir (Nümunə).

 

Tezislər orijinal tədqiqat işlərinin nəticələrini əks etdirməlidir. Tezislərin mətni plaqiat proqramı ilə yoxlanılacaqdır.

 

Tezis təqdim edən şəxslər konfransda mütləq çıxış etməlidirlər.

 

Tezislər təşkilat komitəsinin dəyərləndirməsindən sonra nəşr üçün qəbul ediləcəkdir. Tələblərə uyğun olmayan tezislər çap olunmayacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub