“Medinex” və “Beauty Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
05.11.2023 12:51

Sərgidə Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya, Fransa, Qazaxıstan, Qətər, Misir və Türkiyə də daxil olmaqla 14 ölkədən 100 şirkət iştirak edib.

Aztibb.az xəbər verir ki, sərgi 3 gün ərzində böyük sayda əcnəbi və yerli ziyarətçilərə qapılarını açıb. Bu zaman kəsiyində sərgi çərçivəsində iştirakçı şirkətlər, yerli və xarici nümayəndə heyətləri işgüzar görüş keçiriblər. Bundan əlavə, ekspert və mütəxəssislərin tibb sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlər və digər tədbirlər təşkil edilib.

"Medinex" 2023 sərgisi işgüzar tərəfdaşlığın inkişaf etdirilməsi və bu sahənin mütəxəssisləri ilə sahibkarlar arasında yeni əlaqələrin qurulması, müvafiq məlumatların mübadiləsi və sərfəli müqavilələrin bağlanması üçün səmərəli platforma kimi yüksək qiymətləndirilib.

Qeyd edək ki, sərginin keçirildiyi müddət ərzində Aztibb.az portalı tədbirin tərəfdaşı və media dəstəkçisi olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev