Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anırıq
27.09.2023 12:15

Bu gün Səhiyyə Nazirliyinin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib. Öncə vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Aztibb.az xəbər verir ki, tədbirdə çıxış edən ECM-in direktoru, professor Rauf Ağayev vurğulayıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 27 sentyabr 2023-cü ildə başlanan 44 günlük İkinci Qarabağ müharibəsində azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il sentyabr ayının 27-si Anım Günü kimi qeyd olunur.


Onun sözlərinə görə, qısa zaman ərzində tarixi qələbəyə nail olmaq böyük qətiyyət, yenilməz siyasi iradə, hərtərəfli hazırlıq tələb edirdi. Rauf Ağayev, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli Azərbaycan ordusunun çətin dağlıq relyefi olan Qarabağın incisi Şuşanın işğaldan azad etməsindən söz açıb.


Daha sonra bu ilin 19 sentyabrında Azərbaycan silahlı qüvvələrinin erməni silahlı birləşmələrinə qarşı apardığı 24 saat davam edən antiterror əməliyyatından bəhs edən direktor “bu gün dövlət bayrağımızın əzəli və əbədi Azərbaycan torpaqlarında – bütün Qarabağda dalğalanır” – deyə vurğulayıb.


Anım tədbiri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün ECM-in həyətində ucaldılmış abidənin önündə davam edib.


Allah bütün şəhidlərimizə rəhmət eləsin, Müzəffər Ali Baş Komandana, qalib ordumuza uzun ömür, can sağlığı, bütün qazilərimizə şəfa versin, Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik.


Uca yaradan Azərbaycan xalqını qorusun! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan! Yaşasın müzəffər Azərbaycan ordusu!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev