15 may dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15.05.2023 11:06

Bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsindən ibarətdir.

Aztibb.az eco.gov.az-a istinadən xəbər verir ki, İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin hesablamalarına görə, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə Selsi yüksələ bilər.

İqlim dəyişmələri ilə bağlı problemin aktuallığı və qurumlararası əlaqələrin gücləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, hələ 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yaradılması barədə Sərəncam verilmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 mart 2020-ci il tarixli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Dövlət Komissiyasının fəaliyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq ictimaiyyət hər il 15 may - Beynəlxalq İqlim Gününü qeyd edərkən iqlim dəyişmələri üzrə beynəlxalq ekspertlər tərəfindən dünya ölkələrinə müxtəlif çağırışlar edilir.

Əsas məqsəd ondan ibarətdir ki, alternativ enerji mənbələrindən istifadə ilə istilik effekti yaradan qazların emissiyalarının azaldılması, habelə iqlim dəyişmələrinə qarşı effektiv uyğunlaşma tədbirlərinin genişləndirilməsi istiqamətində istər lokal, istərsə də qlobal səviyyədə ölkələrarası əməkdaşlıq əlaqələri təcili genişləndirilməlidir.

Qeyd edək ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunmuş 5-ci Prioritetin implementasiyası, yəni Azərbaycan Respublikasının təmiz əfraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsi məsələsi, xüsusən Qarabağda yaşıl enerji mənbələrindən istifadə qlobal iqlim dəyişmələri ilə mübarizədə böyük töhfə verəcəkdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev