ATU tələbələrinin nəzərinə! Erasmus+ proqramı çərçivəsində tələbə mübadiləsi elan edilir
03.11.2023 09:50

Erasmus+ proqramı çərçivəsində Türkiyənin İstanbul şəhərində yerləşən Üsküdar Universiteti 2023-2024-cü akademik ilinin yaz/yay semestrində Müalicə-profilaktika, Stamotologiya və İctimai Səhiyyə fakültələrinin tələbələri üçün tələbə mübadiləsi elan edir.

 

Aztibb.az-ın məlumatına görə, tələbə mübadiləsi üçün şərtlər və tələb olunan sənədlər:

1. 1-ci kurs istisna olmaqla bakalavr tələbəsi olmaq;

2. Rektorun adına ərizə (Dekanın razılıq imzası ilə);

3. Dekanın imzası ilə ÜOMG (Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi) - bakalavrlar üçün minimum 58 bal;

4. Minimum B1 səviyyəsində İngilis dili sertifikatı;

5. Mübadilə proqramı 2023-2024-cü tədris ilinin yaz/yay semestrləri üçün nəzərdə tutulub.

 

Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədləri mövzu yerində "Üsküdar University Mobility" yazaraq 15.11.2023-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin international.amu.edu.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilər.

 

Xahiş olunur, bütün sənədlər yalnız bir e-mail ilə göndərilsin.

 

Qeyd: 15.11.2023-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır