Sumqayıtda "Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
03.11.2023 09:52

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, valideynlərin və uşaqların iştirak etdiyi “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirdə ASM-in baş həkimi Təranə Mansurova tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib. Baş həkim ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam, firavan böyüməsi və gələcəklərinin tam təmin olunmasına xüsusi şərait yaradılmasından söz açıb.

 

Pediatriya şöbəsinin müdiri Şəbnəm Səlimova uşaqlarda profilaktik peyvəndin əhəmiyyətindən danışıb. O, uşaqların sağlam mühitdə tərbiyə olunmasının, gələcəyin peşəkar kadrları və cəmiyyətimizə layiqli vətəndaş kimi yetişmələrinin vacib olduğunu bildirib.

 

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, “Uşaq hüquqları aylığı” Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb