ATU ilə Orta Asiya Tibb Universitetinin rəhbər şəxsləri arasında görüş keçirilib  
01.11.2023 15:22

Azərbaycan Tibb Universiteti (ATU) ilə Orta Asiya Tibb Universitetinin (Central Asia Medical University-CAMU) rəhbər şəxsləri arasında görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında mövcud memorandumun müddəaları ilə bağlı müzakirələr aparılıb.

 

CAMU universitetinin nümayəndə heyətinin başçısı, Tədris işlər və beynəlxalq məsələlər üzrə prorektor M.Batirov təmsil etdiyi ali məktəbin Özbəkistanda yüksək lisenziyaya malik yeganə qeyri-dövlət universiteti olduğunu bildirib. Hazırda CAMU-da 3 ixtisas -  müalicə işi, pediatriya və stomatologiya üzrə proqramların tədris olunduğunu qeyd edib.  

 

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov qonaqlara universitetin fəaliyyəti, tədris proqramları, yeni ixtisaslar, son illərdə tətbiq edilən yeniliklər barədə məlumat verib. O, iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib.

 

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli münasibətlərin təhsil və səhiyyə sahəsinə də aid olduğunu bildirərək, bugünki görüşün həmin əlaqələrin bariz nümunəsi olduğunu bildirib.

 

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İctimai Səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, Orta Asiya Tibb Universitetinin Elmi işlər və innovasiyalar üzrə prorektoru Ş.Normatova, Tibb fakültəsinin dekanı X. Mamarizayev iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır