Ağır yorğan DÇHP olan uşağın yuxusunu yaxşılaşdırır
04.11.2023 12:08

Halmstad Universitetində Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu (DÇHP) ilə bağlı araşdırmalar bu xəstəliyi olan uşaqlarda yuxunun yaxşılaşdırılması üçün yeni perspektivlər ortaya qoyub.

Aztibb.az xəbər verir ki, “Journal of Sleep Research” jurnalında dərc edilən araşdırma ağır yorğanların uşaqların yuxusunun keyfiyyətini və müddətini yaxşılaşdırdığını göstərib.

Tədqiqata görə, DÇHP-dən əziyyət çəkən 94 uşaq müşahidə edilib. Bir qrupa ağırlıqlı yorğanlar, digər qrupa isə adi yataq dəstləri verilib. Alimlər uşaqların yuxu fəaliyyətini portativ aktiqraflardan istifadə edərək ölçüblər ki, bu da yuxunun keyfiyyəti və müddəti haqqında dəqiq məlumat verib.

Tədqiqatın nəticələri açıq şəkildə göstərib ki, ağır yorğanlardan istifadə orta hesabla səkkiz dəqiqə daha çox yuxuya səbəb olur. Xəstə olan 11-14 yaş arası uşaqların hətta 16 dəqiqə daha çox yatdığı müşahidə edilib. Valideynlər də müsbət dəyişiklikləri təsdiqləyərək, ağır ədyallardan istifadə edən uşaqlarının yuxu keyfiyyətinin yaxşılaşdığını və yuxu problemlərinin azaldığını qeyd ediblər.

Bununla belə, bu metodun uzunmüddətli effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə tədqiqatlar tələb olunur. Alimlər ümid edirlər ki, onların işləri bu xəstəlikdən əziyyət çəkən uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qeyri-farmakoloji müalicələrin inkişafına kömək edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev